Bakının baş planı hazırlanır: “Köhnə binalar söküləcək!”
Fidan Həmişəyeva
11:14 11.04.2020
Cəmiyyət
1479
“Amma o binaların sökülməsi kifayət qədər zaman tələb edir. Həmçinin, investisiyaların cəlb edilməsi də vacibdir”
Millət vəkili Qüdrət Həsənquliyev Bakıda köhnə beşmərtəbəli binaların sökülməsini təklif edib.
Deputat qeyd edib ki, tikinti sektorunun canlanması iqtisadiyyatın bir çox sahələrinin inkişafına ciddi töhfə verəcək:
“Tikinti sektorunun inkişafı üçün özəl tikinti şirkətlərinin fəaliyyətini canlandırmaq lazımdır. Yəni mənzil və istehsalat müəssisələri üçün bina tikintisinə icazə alma şərtləri xeyli sadələşdirilməli, sahibkarlardan qanunsuz tələblərə son qoyulmalı, onların ucuz kreditlərə çıxışı təmin olunmalıdır”.
Deputat bildirib ki, Bakıda Alatava, “Papanin”, “Xutor” və bu kimi adi standartlara cavab verməyən yaşayış məskənləri, köhnə beşmərtəbəli binalar sökülməli, yerlərində müasir yaşayış kompleksləri tikilməlidir.
Deputatın təklifini müsbət dəyərləndirdiyini deyən daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov “Sherg.az”a açıqlamasında bildirib ki, 5 mərtəbəli köhnə binaların sökülməsi yeni müzakirə olunmur.
Ekspert bildirib ki, şəhərin baş planı hazırlanır və planın ilkin versiyasında köhnə binaların sökülməsi məsələsi öz əksini tapıb:
“Amma köhnə binaların sökülməsi kifayət qədər zaman tələb edir. Eyni zamanda müəyyən vəsait və investisiyaların cəlb edilməsi vacibdir. Deputatın təklifi də müsbət dəyərləndirilməlidir. Sadəcə olaraq bu işin icrasını təşkil və təmin etmək bir qədər vaxt və vəsait tələb edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya