Bakının problemlərini həll etmək üçün şəhərin ən azı yarısı sökülməlidir - RƏY
Yusif Nəzərli
12:16 21.04.2025
Cəmiyyət
470
Güclü yağıntılar zamanı təhlükəni minimuma endirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvəqqəti tədbir kimi leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib.
Bu barədə Eldar Əzizov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu addım xüsusilə nəqliyyat infrastrukturunun həssas hissələrində vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azaltmağa xidmət edə bilər.
“Şəhər öz inkişafının yeni mərhələsinə qədəm qoyur və bu prosesin əsas tərkib hissələrindən biri də yağış və kanalizasiya sistemlərinin modernləşdirilməsidir. Bu baxımdan obyektiv desək, hazırda bu kimi halların təkrar yaşanmasından sığortalanmamışıq,” – deyə İcra Hakimiyyətinin başçısı vurğulayıb.
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı “Sherg.az”a bildirib ki, bu, dünya tarixində analoqu olmayan gülünc açıqlamadır:
“Bütün sistemi xaotik şəkildə məhv edəndən sonra özləri də başa düşürlər ki, artıq bunu həll etmək demək olar ki, mümkün deyil. Ona görə də çıxış yolunu hər şeyi bağlamaqda və dayandırmaqda görürlər. Həmişə problemin səbəbini aradan qaldırmaq yox, hər hansı bir qadağa qoymaq, bağlamaq üsulu seçilir. Çünki 20-30 ildir şəhər tamamilə qeyri qanuni şəhərsalma sisteminə zidd olaraq, yalnız gəlir əldə etmək, pul qazanmaq məqsədilə şəhər qarış-qarış satılır, hara oldusa, tikintilər aparılıb. Burada artıq ona uyğun kanalizasiya sistemləri, kommunal sistemlər və infrastrukturlar qurulmayıb. Artıq Bakı şəhərini xilas etmək mümkün deyil. Bunu özləri də başa düşürlər. Çünki tamamilə şəhər iflic vəziyyətə salınıb, Bakı şəhəri iflas edib. Yəni ən kiçik yağış, qar kimi hallarda şəhər bərbad vəziyyətə düşürsə, yağışlar bir neçə gün belə davam etsə bu şəhərdə necə faciəvi vəziyyət yaranar çox maraqlıdır. Artıq bu problemi həll etmək imkanları qalmayıb. Çünki həll etmək üçün şəhərin ən azı yarısı sökülməlidir. Bu da praktiki olaraq mümkün deyil. Bir az yüngülləşdirmək olar. Lakin buna da külli miqdarda pul lazımdır. Bu problemin həlli yeganə həll yolu Bakı şəhərinin əhalisi ən azı iki dəfə azaldılmalıdır. Bunun üçün də regionlar inkişaf etdirilməli, regionlarda xüsusi güzəştlər, yardımlar, sənaye müəssisələri, sosial, mədəni infrastrukturlar gücləndirilməlidir. Bütün investisiyalar regionlara yönəldilməlidir ki, tədricən Bakıdan regionlara köçüb yaşamaqda insanlar maraqlı olsunlar. Artıq 5 ildir ki, Qarabağ və Şərqi Zəngəzuru azad etmişik. Orada ən azı bir milyona yaxın insan məskunlaşdırmaq mümkündür”.
Ekspertin sözlərinə görə Bakı şəhərindən məcburi köçkünlərin hamısını qısa müddətdə köçürmək lazımdır:
"Yəni bu, zorakı şəkildə deyil, sadəcə stimullaşdırma həyata keçirilməlidir. Bizim ölkədə xaotik şəkildə kiçik bir əraziyə milyonlarla insanı sıx şəkildə doldurma prosesi gedib. Bunun da nəticəsi özünü belə hallarda göstərir. Şəhərdə artıq nəqliyyatın hərəkəti imkansız hala gəlib. Həddən artıq əhali olduğuna görə kommunal infrastrukturlar maksimum gərginlikdə işləyir. Su, elektrik, qaz, yüksək gərginlikdə işləyir. Yeraltı kanalizasiya, sistemləri çatdırmır. Bunların hər biri də sistemsiz şəhərsalmanın nəticəsidir. Bu dediyim tədbirlər həyata keçirilsə, bir az vəziyyət düzələr. Əks halda Bakının düzəldilməsi üçün dediyim kimi, 100 milyarda yaxın pul və ən azı 15-20 il vaxt lazımdır. Bunun yolu Bakıda yaşamağı çətinləşdirmək deyil, regionlarda yaşamağı asanlaşdırmaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:28 10.11.2026
Ekologiya
Əbu-Dabidə Ukrayna müharibəsi üzrə danışıqlar başladı
12:21 10.11.2026
Gündəm
BDYPİ səfərdən qayıdan sürücülərə xəbərdarlıq etdi
12:10 10.11.2026
Cəmiyyət
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
12:03 10.11.2026
Rəsmi