
Balaca boylular sürücülük vəsiqəsi ala bilməyəcək -AÇIQLAMA
Yusif Nəzərli
09:53 21.09.2025
Cəmiyyət
561
Digər ölkələrin tətbiq etdiyi qaydalar öyrənilməli, təcrübələrə baxılmalıdır
Sürücülük məktəbləri ilə bağlı proqram və təlimatlara yenidən baxılmalı və dəyişikliklər edilməlidir
Boyu 1.50 sm-dən qısa olan şəxslər sürücülük vəsiqəsi ala bilməyəcəklər. Səbəb yollarda təhlükəsizliyin təmin edilməsi ilə izah olunur. Qanun sentyabr ayından etibarən Rusiya Federasiyasında qüvvəyə minib. Saglamolun.az-ın xəbərinə görə, bundan əlavə, əks göstərişlərin siyahısına ağır psixi pozuntular, sinir sistemi xəstəlikləri, o cümlədən epilepsiyası olanlar da daxildir. Eşitmə və vestibulyar pozuntular, bir gözdə ən azı 0,6, digərində isə 0,2 görmə faizi, həmçinin bir gözün tam korluğu indi bütün kateqoriyalar üçün sürücülük vəsiqəsi almağa mütləq əks göstərişdir. Bununla belə, aşağı ətrafların amputasiyası olan insanlar üçün hələ də güzəştlər var - əgər onların əl ilə idarə olunan uyğunlaşdırılmış avtomobili varsa, onlar nəqliyyat vasitəsini idarə edə biləcəklər, deyə qanunda bildirilir.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sherg.az-a açıqlamasında qeyd etdi ki, ümumiyyətlə, dünyanın əksər ölkələrində zamanın tələbinə, texnologiyanın inkişafına uyğun olaraq qanunvericilikdə, həmçinin yol-hərəkəti qaydalarında mütəmadi dəyişikliklər edilir:

- Hesab edirəm ki, Azərbaycanda da buna ehtiyac var. Həm İnzibati Xətalar Məcəlləsində, həm “Yol hərəkəti haqqında” qanunda dövrə, zamana uyğun mütəmadi dəyişikliklər edilməlidir. Sürücülük məktəbləri ilə bağlı proqram və təlimatlara yenidən baxılmalı və dəyişikliklər edilməlidir. Müəyyən xəstəlikləri olan insanlara sağlamlıq arayışı verilmir, sağlamlıq arayışı yoxdursa, sürücülük məktəbinə qəbul edilmirlər və sürücülük vəsiqəsi almaq üçün imtahana da buraxılmırlar. Amma hesab edirəm ki, bunlarla yanaşı sürücülük vəsiqəsinin verilməsiylə bağlı digər ölkələrin tətbiq etdiyi qaydalar tərəfimizdən öyrənilməli, təcrübələrə baxılmalıdır. Ölkəmizin xüsusiyyəti, baş vermiş qəzaların təhlilini əsas götürməklə bu qadağalar bizdə də tətbiq edilə bilər. Böyük ehtimalla, boyu 1.50 sm.-dən qısa olanlara sürücülük vəsiqəsinin verilməsi qadağası, yollarda baş verə biləcək, ehtimal olunan qəzalarla bağlıdır. Boyu qısa adamlarda sükan arxasında yolu yaxşı görməmək, maneələri aydın seçə bilməmək kimi bir amil var, bu da təhlükəli vəziyyətlərin, qəzaların yaranma ehtimalını artırır. Ola bilsin, kimsə avtomobildə oturacağı, sükanı, idarəetmə sistemini boyuna görə uyğunlaşdırır, amma istənilən halda təhlükə ehtimalı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya