Balkona çıxaq, şam yandıraq...
Şəymən Bayramova
09:01 19.03.2020
Cəmiyyət
926
"Bilmirəm, indi gülüb keçim, ya da... Yox, gülməli deyil"
İxtisasca həkim olan deputatın xalqa deməyə başqa bir sözü, ismarıcı, məsləhəti yoxdurmu?
Məhərrəm Zülfüqarlı: "Məncə, onların bu addımını təqdir etmək lazımdır. Kiminsə kimdən xoşu gəlmirsə, bunu başqa vaxt, fərqli bir mövzu üzərindən kinayə ilə ifadə edər"
"Milli Məclisin koronavirus müzakirəsindən açığı, daha çox şey gözləyirdim. Ən azı, Ümid. Ümidlənməyə və inanmağa hamımızın ehtiyacımız var". Bu sözləri “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı özünün feysbuk hesabında yazıb.
Deputatların, bu kontekstdə, xüsusilə, ixtisasca həkim olanların çox mühüm təkliflərlə çıxış edəcəyini gözləyən A.Camalqızı deyib ki, dünyanın, nəinki dünyanın, hətta yalnız özümüzə aid bapbalaca dünyamızın da düzənini dəyişən pandemik virusla mübarizə ilə bağlı insanlarımıza - onları parlamentə seçən seçicilərə ən vacib məsləhətləri, tövsiyələri verəcəklərini güman edirdim. Amma tam əksi oldu: "Bilmirəm, indi gülüb keçim, ya da... Yox, gülməli deyil.
Söhbət pandemiyadan gedirsə, heç nə gülməli deyil. İnsanlar kütləvi şəkildə xəstəliyə yoluxur, Avropa ölkələrində karantin elan olunur, bəşəriyyətin gələcəyi faktiki təhdid altındadır, bizim həkim-deputat Rəşad Mahmudovsa deyir ki, şam yandırın, balkona çıxın. Bəli, balkona çıxmaq olar, şam yandırmaq da olar. Amma bunu bir həkimmi məsləhət görməlidir insanlara? İxtisasca həkim olan deputatın xalqa deməyə başqa bir sözü, ismarıcı, məsləhəti yoxdurmu? Bu qədər panika, təlaş və təşviş içində olan toplumun təbib sözünə, loğman məsləhətinə nə qədər ehtiyacı var, fərqində deyilsizmi? Bugünkü durum aydındır, bəs sabah, 4-8 həftə sonra nə ola bilər? Vəziyyət kritikləşərsə, nə etməli?"
Bəzilərinin daşıdığı mandatın məsuliyyətini, yükünü, çəkisini, ağırlığını qətiyyən anlamadığını vurğulayan Holding rəhbəri hesab edir ki, ortaya konseptual yanaşma qoyulmalıydı, Nazirlər Kabineti yanında Operativ Qərargaha virusla mücadilədə “Yol xəritəsi” təklif olunmalıydı, konkret məsələlər müzakirəyə çıxarılmalıydı. Axı parlament hakimiyyətin bir qoludur: "Bu çətin günlərdə niyə hakimiyyətin yanında deyilsiniz, məsuliyyəti niyə bölüşmürsüz? Bu ölkədə bütün problemlərdən çıxış yolunu yalnız Prezidentmi göstərməlidir? Təkliflər də, ideyalar da, onların həyata keçirilmə yolları da Prezidentin dilindənmi səslənməlidir?!
Bu ölkədə növbədənkənar parlament seçkiləri ona görə keçirildi ki, İlham Əliyevin müəllifi və icraçısı olduğu kardinal islahatlar prosesinə Milli Məclis də dəstək versin. Ali qanunverici orqan icraedici orqana adekvat olsun. Budurmu nəticə? Balkona çıxaq, şam yandıraq... Bu, problemi həll edəcəkmi? Axı bunu hansısa şou proqramın aparıcısı deyə bilər, bunu bir bloger yaza bilər, ekstrasens Zirəddin Rzayev təklif edə bilər, hətta bunu misal üçün, kulinar Tahir Əmiraslanov da deyə bilər, amma bir həkim-deputatdan elmi yanaşma umurduq..."
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə koronavirusla bağlı Milli Məclis deputatlarının atdığı addımları və çağırışlarını dəstəkləyir:
"Təbii ki, bu gün ölkə üçün dünyanı cənginə alan koronavirusa qarşı mübarizədən ciddi məsələ yoxdur. İtaliya kimi bir ölkədə küçələr bomboşdur. Bu artıq bizim üçün ciddi siqnaldır. Bu proses hansısa bir üçüncü dərəcəli ölkədə baş versəydi, nəzərə almamaq olardı. Avropanın mərkəzində koronavirusa qarşı ciddi mübarizə tədbirləri aparılır, şəhərə çıxan insanlar cərimələnirsə, deməli, bu işi lağlağıya çevirib, kinayə ilə yanaşmaq düzgün deyil. Koronavirus infeksiyasının Azərbaycanda kütləviləşməsinin qarşısını almaq üçün parlament üzvləri yetəri qədər çağırışlar edib, təkliflər verir. Məncə, onların bu addımını təqdir etmək lazımdır. Kiminsə kimdən xoşu gəlmirsə, bunu başqa vaxt, fərqli bir mövzu üzərindən kinayə ilə ifadə edər. Belə bir situasiyada kiminsə atdığı addımlara, dediyi sözlərə kinayə ilə yanaşmaq xoş deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə