Bunun müxtəlif səbəbləri var. Bəzən olur ki banklar özləri çıxırdı
Daxili İşlər Nazirliyi hər nə qədər vətəndaşları bank kartları ilə ehtiyatlı davranmağa çağırış etsə də, belə hallar baş verir. İqtisadçı ekspert Razi Nurullayev bankomatdan nağdlaşdırma etdikdən sonra bank kartını götürməyi unudub və kart naməlum şəxs tərəfindən ələ keçirilib. Bu haqda sosial şəbəkədə məlumat paylaşan R.Nurullayev müvafiq sturkturlara müraciət etdiyini bildirib və bank kartını ələ keçirən şəxsin qısa zamanda saxlanılmasına görə DİN-ə və Kibertəhlükəsizliklə Mübarizə Baş İdarəsinə təşəkkür edib.
İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bank kartı yad şəxsin əlinə keçirsə, təcili bankla əlaqə saxlamaq və kartın bloklanmasını tələb etmək lazımdır:
- Belə hallar olur. Bir də var bank məlumatlarının ələ keçirilməsi. Bank kartlarından kart sahibindən xəbərsiz pul çıxarıla bilir. Bunun müxtəlif səbəbləri var. Bəzən olur ki banklar özləri çıxırdı. Belə hallar əvvəllər çox olurdu. Daha sonra ikinci br səbəb bu olur ki hər hansı bir yerdə qeydiyyatdan keçəndə aylıq yaddan çıxır, aylıq kiçik-kiçik rüsumlar tutulur. Xarici servislərdə, məsələn contabl və ya bunun kimi servislərdə ayda kiçik 1-2 dollar və ya avro çıxırdılar. Bankla bağlı insidentlər çoxdur və olur da. Vətəndaşlar ayıq və diqqətli olmalı, şəxsi bank məlumatlarını kiminləsə paylaşmamalıdır.