Baş redaktordan Prezidentə:“Xalqımızın böyük hörmət və məhəbbətini qazanmısınız”
15:15 29.07.2020
Cəmiyyət
584
Prezident İlham Əliyev 22 iyul- Milli Mətbuat Günü münasibətilə jurnalistləri təltif edib. 145 illik tarixə malik Milli Mətbuatımızın inkişafında müstəsna xidmətləri ilə seçilən media nümayəndələri “Əməkdar jurnalist” fəxri adına, “Tərəqqi” medalı və Prezident təqaüdünə layiq görülüblər.
“Sherg.az”ın xəbərinə görə, bununla bağlı bir qrup jurnalist Prezidentə təşəkkür məktubu ünvanlayıb.
“Xalq qəzeti”nin baş redaktoru, respublikanın Əməkdar jurnalisti Həsən Həsənov Prezidentə məktubunda vurğulayır:
“Hörmətli cənab Prezident, Azərbaycan Respublikasının Prezidenti kimi Sizin dövlətçilik fəaliyyətinizin təhlili göstərir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş mükəmməl inkişaf konsepsiyası uğurla həyata keçirilir. Siz yüksək liderlik keyfiyyətləriniz, siyasi prosesləri yönəltmək məharətiniz, taleyüklü, strateji əhəmiyyətli qlobal proqram və layihələr sayəsində Azərbaycanı sabit iqtisadiyyata malik, elmin, təhsilin, mədəniyyətin sürətlə inkişaf etdiyi, ictimai münasibətlərdə demokratik prinsiplərin bərqərar olduğu müasir dövlətə çevirmək arzularımızı reallaşdıraraq, xalqımızın böyük hörmət və məhəbbətini qazanmısınız.
Sizin prezidentliyiniz dövründə ölkəmizin xarici siyasət doktrinasının yeni taktiki gediş və manevrlərlə zənginləşdirilməsi beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu daha da artırıb, onu regionun lider dövlətinə çevirib.
Dünyam bürüyən iqtisadi təlatümlər və maliyyə böhranı şəraitində nəzərdə tutulmuş bütün proqramların, infrastruktur layihələrinin sistemli surətdə həyata keçirilməsi ölkəmizin qüdrətinin, Sizin müdrik siyasətinizin düzgünlüyünün əyani təsdiqidir. Fəxr edirik ki, Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu sahəsində əldə etdiyi böyük uğurlar və zəngin təcrübə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün unikal model rolunu oynayır.
Möhtərəm cənab Prezident, müstəqil mətbuatın formalaşmasına və inkişafına yönələn Heydər Əliyev siyasəti bu gün Sizin tərəfinizdən yaradıcılıqla davam etdirilir və yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur.“Azərbaycan milli mətbuatının 145 illik yubileyinin qeyd olunması haqqında” 30 iyun 2020-ci il tarixli sərəncamınız obyektivlik, kreativlik, rasionallıq, operativlik kimi faktorları yaradıcılığın başlıca meyarları kimi dəyərləndirən jurnalistlər tərəfindən böyük ruh yüksəkliyi və minnətdarlıqla qarşılandı.
Zati-aliləri, iyulun 22-də imzaladığınız sərəncama uyğun olaraq kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin bir qrupunu orden və medallarla, fəxri adlarla, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdiyinizə, fərdi təqaüdə layiq gördüyünüzə, mətbuata əlavə maliyyə yardımı ayırdığınıza görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Möhtərəm cənab Prezident, “Xalq qəzeti”nin kollektivi Sizin rəhbərliyinizlə görülən işləri, qazanılan böyük uğurları işıqlandırmaqdan qürur hissi keçirir, şərəf duyur. Azərbaycanın çiçəklənməsi, xalqımızın rifahının yüksəldilməsi naminə dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyir, uzun ömür, ailə səadəti və cansağlığı arzu edirik. Tanrı Sizi qorusun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya