“Belə ağır dönəmdə qaydalara yekdilliklə əməl edilməlidir”
Fidan Həmişəyeva
15:49 11.09.2020
Cəmiyyət
680
“Əks halda sərt karantin rejimindən hələ uzun müddət çıxa bilməyəcəyik”
Ölkəmizdə kafe və restoranların fəaliyyətinin bərpası, yeni tədris ilinin başlanması, rayonlara gediş-gəlişə icazə verilməsi indi ən çox müzakirə predmetinə çevrilən məqamlardandır. Payız aylarında pandemiyanın ikinci dalğasının başlana biləcəyinə dair bəzi xəbərdarlıqlar da mövcuddur. İkinci dalğa barədə söhbətlər tək Azərbaycanda deyil, bütün dünyada gedir. Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) mətbuat katibi Marqaret Harris olduqca maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, təəssüf ki, ötən həftədən bəri koronavirus infeksiyası ilə əlaqədar uğursuz dinamika müşahidə olunur. ÜST rəsmisi koronavirusun ikinci dalğası ilə bağlı dünya ölkələrinə xəbərdarlıq edib.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov “Sherg.az”a bildirib ki, COVİD-19 ölkəmizdən də yan keçmədi və 2020-ci ilin mart ayından pandemiya elan olundu. A.Hüseynov qeyd edib ki, Operativ Qərargahın ilk sərtləşdirilmiş karantin rejimi öz töhvəsini verdi:
“Lakin cəmiyyətdə virusa inamsızlıq var idi. Bir çox insan məsələnin süni şəkildə şişirdilmiş olduğunu qeyd edirdi. Bu düşüncələr zəmnində insanlar maska taxmadı, məsafə saxlamadı və yoluxma yenidən artaraq karantin qaydaları sərtləşdi. İnsanların Operativ Qərargahın qərarlarından yorulması və ümumi vəziyyətin cəmiyyət üçün sıxıcı olması aydın məsələdir. Amma gərək unutmayaq ki, bu, ümumilli məsələdir”.
Assosiasiya sədri vurğulayıb ki, belə ağır dönəmdə cəmiyyət və dövlət tamlığı ilə bir olmalı və qoyulan qaydalar yekdilliklə əməl edilməlidir:
“Əks halda sərt karantin rejimindən hələ uzun müddət çıxa bilməyəcəyik. Dünyada COVİD -19 infeksiyasına qarşı peyənd icad edilənə qədər, saydığımız sadə qaydaları: maskadan istifadə, sosial məsafə, şəxsi gigiyena və ətraf mühitin qorunmasına əməl etməklə tez zamanda karantin rejimindən çıxa və əvvəlki həyat tempinə qayıda bilərik.
Dünya ölkələrinə nəzər salsaq, məsələn İsveçrə, Yaponiya, İsveçdə görərik ki, vətəndaşlar qoyulan qaydalara şərtsiz əməl etdiklərinə görə, karantin rejiminin tətbiqinə ehtiyac duyulmadı. Beləliklə insanlar həmişəki həyat ritmində yaşamağı davam etdilər”.
A.Hüseynovun sözlərinə görə, ölkəmizdə çox olmasa da, cəmiyyət içində hələ də qoyulan sadə qaydalara əməl etməyənlər var:
“Bu da rayonlar və Bakı şəhəri arası yolların açılmasının ləngiməsinə səbəb olur. Bir daha təkrarlamaq istərdim ki, birlik nümayiş etdirilməlidir. Dövlətin qoyduğu qaydalara şərtsiz əməl edilməlidir. Yalnız bundan sonra yoluxma sayı minimuma endikdə, normal həyata qayıda biləcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə