Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı
Yusif Nəzərli
20:15 29.01.2025
Cəmiyyət
500
Bu gün Azərbaycanda mövcud olan 685 bələdiyyəyə seçkilər keçirilib. Bu bələdiyyələrə 8 071 üzv seçilməli idi. Bu bələdiyyələr 118 dairənin ərazisini əhatə edir. Bütün dairələrdə seçkilər normal keçib. Seçkilərin nəticələrinə təsir edə biləcək səviyyədə məlumat daxil olmayıb. Ümumiyyətlə, MSK-yə heç bir rəsmi şikayət daxil olmayıb.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkisinin ilkin nəticələri ilə bağlı təşkil edilən brifinqdə bildirib.
MSK sədri bildirib ki, əldə edilən məlumatlar əsasında ictimaiyyəti ilkin nəticələrlə tanış etmək olar:
“118 dairənin hər biri hesabat verib. Məntəqə seçki komissiyalarının 83,34 %-i - 4 872 məntəqə hesabat təqdim edib. Bələdiyyələrin 96,35 %-dən, yəni 660-dan məlumat daxil olub. Lider namizədlərin sayı 7 791, yəni 96,53 %-dir. Bu anadək 413 bələdiyyə tam formalaşıb. Bu da bələdiyyələrin 60,29 %-ni təşkil edir”.
Məzahir Pənahov əlavə edib ki, protokolları daxil olan 4 872 məntəqə üzrə 1 580 532 seçici səs verib.
Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan seçkiləri: “Ədalət” 71,8% səslə liderdir
07:51 24.08.2026
Dünya
Tramp amerikalıları bahalaşma ilə bağlı xəbərdar edib
03:50 24.08.2026
Son dəqiqə
“Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb
01:48 24.08.2026
Futbol
Prezidentlər mətbuata bəyanatla çıxış etdilər
01:25 24.08.2026
Rəsmi
Tofiq Bakıxanov vəfat etdi
00:12 24.08.2026
Cəmiyyət
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
23:50 23.08.2026
Rəsmi
Suriya XİN rəhbəri və “Mossad”ın direktoru arasında görüş olub
23:03 23.08.2026
Dünya
İranda böyük qaz yatağı kəşf edildi
22:41 23.08.2026
Region
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi