| “İcra hakimiyyətləri haqqında əsasnaməyə ciddi dəyişikliklər edilməli, onlardan bir çox funksiyalar bələdiyyələrə verilməlidir” |
“Bələdiyyələrin səlahiyyətləri artırılmalıdır”
Turan
14:56 07.05.2020
Cəmiyyət
1199
“İcra hakimiyyəti başçılarının rüşvətxor və korrupsioner olmaları yeni deyil. Onların əksəriyyəti uzun illərdir, eyni üsul və metodlarla işləyirlər”.
Bunu “Sherg.az”a açıqlamasında AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib.
Partiya təmsilçisi vurğulayıb ki, təkcə icra başçıları deyil, digər məmurlar da bu və ya digər şəkildə korrupsiyaya bulaşıblar:
“Lakin indiyədək olan cəzasızlıq mühiti və himayədarlıq onları daha da azığınlaşdırdı, daha da acgöz etdi, harınladılar. Göründüyü kimi qısa müddət ərzində 5 icra başçısı həbs olundu, birinə töhmət verildi. Baxın, həbs olunan icra başçıları dövlətin adından və gücündən istifadə edərək mütəşəkkil cinayətkar dəstə yaradır. Lakin rayonların hüquq-mühafizə və məhkəmə sistemi susur, yaxud da göz yumur. İcra başçılarını həbs etməklə, kök salmış rüşvətxorluğu aradan qaldırmağın mümkün olacağını düşünmürəm. Fikrimcə, icra hakimiyyətləri haqqında əsasnaməyə ciddi dəyişikliklər edilməli, onlardan bir çox funksiyalar və vəzifələr alınıb bəziləri bələdiyyələrə verilməlidir. İcra hakimiyyəti başçıları tutduqları vəzifəyə görə, rayonun siyasi rəhbəri sayılır. Onlar siyasi rəhbər olaraq Prezidentin yerlərdə siyasi nümayəndələri olmalıdır”.
Ə.Orucovun sözlərinə görə, rayonların inzibati-təəssürat idarəçiliyi, bələdiyyələrə verilməlidir:
“Bələdiyyələrin səlahiyyətləri artırılmaqla yanaşı, sədrlərin də xalq tərəfindən seçilməli, xalqa hesabatlılığı təmin edilməlidir. Onsuz da nə bələdiyyələr, nə də icra hakimiyyətləri mövcud qanunvericilik bazası və reallıqlarla özlərini doğrulda bilirlər. Odur ki, seçkili qurumu gücləndirmək lazımdır ki, hər ikisi işlək və effektiv vəziyyətə düşsün. Əks halda bu kimi neqativ hallar davam edəcək. Digər başçılar da “gözü çıxarılmış qardaşlarından” ibrət dərsi götürməyəcək. Bu sahədəki sistem yenilənməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol