“Bilirdim ki, məni heç vaxt atmaz” - Qazimiz evləndi
19:43 07.01.2021
Cəmiyyət
580
Vətən müharibəsində minaya düşərək sol ayağını topuq nahiyəsindən yuxarı itirən qazimiz Yusifov Abbas ailə həyatı qurub.
O, bu gün sevdiyi xanımla rəsmi nikaha daxil olub.
Cütlüyün nikah mərasimindən çəkilmiş fotosu sosial şəbəkələrdə ən çox paylaşılanlardan olub. Sevdiyi xanımın qazimizə olan sevgisi rəğbətlə qarşılanıb.
Abbas Yusifov "Qafqazinfo"ya açıqlamasında bunları deyib:
"Biz 2017-ci ildə tanış olmuşuq. Sevdiyim xanım öz kəndçimdir. 2019-cu ildə isə nişanlanmışıq. Cəbhədə olanda əlaqə saxlayırdım. Bilirdim ki, məni heç vaxt atmaz. Ailəsi də bunu müsbət qarşıladı".
Qeyd edək ki, Yusifov Abbas Mədəd oğlu 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. O, daha sonra 2014-cü idə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub və 2018-ci ildə təhsilini başa vuraraq Tərtərdə N saylı hərbi hissədə xidmətə başlayıb.
Leytenant Yusifov Vətən müharibəsinə Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi qatılıb. O, Suqovuşan və Talış istiqamətində döyüşüb. Zabitimiz sentyabrın 30-da Talış kəndində minaya düşüb. Nəticədə hərbçimizin sol ayağının topuqdan yuxarı hissəsi amputasiya olunub. Qazimiz dekabrın 15-də Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm