Bir ayın gəlini qonşu kişiyə qoşulub qaçıb: “Günahkar ailələrdir”
Fidan Həmişəyeva
16:19 10.02.2021
Cəmiyyət
713
“Yəqin ki, tərəflərdən biri nikaha könüllü daxil olmayıb”
Lerikdə bir ayın gəlini qonşuda yaşayan kişiyə qoşulub qaçıb. Hadisə fevralın 6-da Kaqon kəndində baş verib. Kənd sakini 31 yaşlı Məhəbbət Nağıyev qonşuluqda yaşayan 19 yaşlı Astara sakinini Bakıya qaçırıb. M.Nağıyevin bundan əvvəl iki dəfə ailə həyatı qurduğu və boşandığı bildirilir. Həyat yoldaşı qaçırılan Araz Səfərov hadisə ilə bağlı açıqlama verib. O, həyat yoldaşı ilə bir aydır ailəli olduğunu deyib.
A.Səfərovun sözlərinə görə, pandemiya olduğu üçün yığıncaq keçirmədən nişanlısını öz evlərinə gətirib:
“Qonşu kişi ilə bir ildən çox olar ki, aralarında münasibət olub. Öz xoşu ilə qaçdığını deyib. Buna görə də polisə müraciət etmədim”.
Baş verənlərlə bağlı “Sherg.az”a açıqlama verən “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova bildirib ki, ölkəmizdə nikahın könüllü bağlanan bir müqavilə olduğunu deyirlər. Düşünürlər ki, hər iki tərəf arasında nigah rəsmiləşibsə, deməli artıq evlidirlər:
“Amma nikahın əsas prinsipi könüllülükdür. 19 yaş ailə həyatı qurmaq üçün erkəndir. Neçə gündür ki, ölkəmizdə erkən nikahlarla bağlı ciddi müzakirələr gedir. 19 yaşlı şəxs qanun qarşısına yetkin yaşa çatmış sayılır. Bəzən 20 yaşında belə nikaha girmək çətin olur, çünki yetkinlik anlayışı orqanizmin yalnız tibbi baxımdan yox, mənəvi baxımdan da formalaşmasıdır. Baş verən hadisəyə gəlincə, yəqin ki, tərəflərdən biri nikaha könüllü daxil olmayıb. Bundan başqa həmin insanın ailə həyatına hazır olmadığı da görünür”.
G.Səfərova qeyd edib ki, bütün məişət problemlərinin baş verməsinin kökündə iqtisadi bir yanaşma dayanır:
“Təəssüf ki, bəzən övladlarımızı bəlli bir çərçivəyə salırıq və deyirik ki, “sən ancaq bu çərçivədə olmalı, kənara çıxmamalısan”. 19 yaşlı qız ailə həyatı qurub, amma o, ali məktəbdə oxuya, hansısa sənət sahibi olub, iqtisadi asılılığını aradan qaldıra bilərdi.
Bu zaman ailə həyatı qurmaq fikri olmayacaqdı. Etiraf edək ki, ən çox valideynlər övladlarını ailə qurması üçün təşviq edirlər. 18-19 yaşlı qız nə başa düşür ki, ailə qurmağın qərarını da özü versin? Ona görə də ilk olaraq ailələr anlamalıdırlar ki, uşaqları nikaha təşviq etmək yox, onlara alternativlər hazırlamaq lazımdır.
Bu baxımdan baş verən hadisədə ailələrin də günahkar olduğunu hesab edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat