“Bir damın altında yad kimi yaşayan minlərlə ər-arvad var” - Dəyişməliyik !
Fidan Həmişəyeva
09:13 08.06.2020
Cəmiyyət
1504
“XXI əsrdən monarxiya qaydaları ilə yaşayıb, üzdə müasir, düşüncədə arxaik olmaqdır bəlalarımızın səbəbi”
“Övlad hansı səhvi edirsə etsin, dərk etməlidir ki, onu anlayan yol göstərən ailəsi var, bağırmazdan öncə dinləyəcəklər”
Bir müddət öncə intihar edən tələbə qızın dəfn mərasimi keçirilib. Ailəsi Günel Nağıyevanı "Vağzalı" sədaları altında son mənzilə yola salıb.
İstəmədiyi adamla ailə həyatı qurmağa məcbur edildiyi üçün intihar etdiyi bildirilən qızın dəfnində "Vağzalı" çalınmasını sosial şəbəkə istifadəçiləri birmənalı qarşılamayıb. Buna görə mərhumun ailəsi kəskin tənqid olunub.
Baş verənləri “Sherg.az”a dəyərləndirən tanınmış jurnalist İlhamə Rəsulova bildirib ki, bəzi rayonlarda belə ənənələr var. İnsangənc yaşda, nişanlıykən dünyasını dəyişibsə, valideynlər də övladlarının nakam getdiyini vurğulamaq üçün onu “Vağzalı” sədaları altında dəfn edirlər:
“Məni narahat edən məqam "vağzalı"nın çalınması deyil, gənc qızın zorla ərə verilməyinə üsyan edərək intihar etməsinə rəğmən valideynlərinin vağzalı çaldırmasıdır. Demək ki, hələ də səhvlərini dərk etməyiblər. Ailəni tanımıram, ola bilsin ki, qızları üçün gözəl bir gələcək düşünərək, onun yerinə seçim ediblər. Lakin valideynin səhvi dünyaya gətirib min zəhmətlə böyütdüyü övladı ağıllı, sərbəst qərarlar verə biləcək fərd kimi görməməsi, onun yerinə düşünmək istəməsidir. Bu, Allah bilir Azərbaycanda ailə basqısına, təzyiqinə məruz qalıb həyatını itirən neçənci qızdır. Hələ neçə minlərlə qadın özgələrdən yox, öz doğma atasından, qardaşından, ərindən, böyüdüb özünə sipər edəcəyini düşündüyü halda maneə divarına çevrilmiş oğlundan zülm görür, amma susur. Onlar Günel qədər “cəsur” ola bilmirlər, üsyanları içlərində qalır və beləcə ya aciz bir varlığa, ya da aqressiv ailə fərdinə çevrilirlər”.
İ.Rəsulova qeyd edib ki, valideyn olmaq övlad üzərində zor tətbiq etmək haqqını vermir:
“Onun yerinə qərarlar vermək, onun yerinə ömrünü yaşamaq haqqı vermir. Təcrübə asan başa gəlmir. İnsan səhvləri üzərində öyrənərək, xətalara yol verə-verə kamilləşəcək. Bu imkanı vermədiyimiz üçün də kompleksləri ilə yaşayan nəsil yetişir. Oğlanlara nisbətən qızların vəziyyəti daha ağırdır, təəssüf ki. Oğlanlar üçün zarafat, çapqınlıq, kişilik ünsürü sayılan şeylər qızlar üçün baltalanma, boğulma, namussuz adlandırılma səbəbidir. Evlənmədən öncə tanımaq imkanı yaradılmadığına görə də bir damın altında yad kimi yaşayan minlərlə ər- arvad var. Çıxış yolu nədir ? Sadəcə dəyişməyimiz lazımdır. XXI əsrdə monarxiya qaydaları ilə yaşayıb, üzdə müasir, düşüncədə arxaik olmaqdır bəlalarımızın səbəbi. Övlad hansı səhvi edirsə etsin, dərk etməlidir ki, onu anlayan yol göstərən ailəsi var, bağırmazdan öncə dinləyəcəklər. Ailəsinə güvənməyən uşaq ya dərdini içinə atacaq( ki bu da psixoloji partlamalar şəklində özünü göstərəcək), ya da üz tutacaq doğru bildiyi təsadüfi insanlara”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya