Bir olub özümüzü qorumalıyıq
Fidan Həmişəyeva
09:38 14.10.2020
Cəmiyyət
609
Gəncədə nə qədər vətəndaşımız həlak oldu, insanların haqqı pozuldu, uşaqlar ana-atasız qaldılar
Beynəlxalq təşkilatlar yenə də Ermənistana təzyiq göstərmədilər
Qarabağ münaqişəsinə ədalətsiz yanaşma kifayət qədər üzdədir. Təəssüf ki, Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsi etiraf olunmur. Halbuki BMT ilə yanaşı, ATƏT-in, AŞPA-nın sənədlərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Bütün bunlar hüquqi və siyasi baxımdan xeyrimizə olsa da, reallıqda heç nə dəyişmir.
Dünya nizamını müəyyənləşdirən güclər işğala göz yummaqla hələ də təcavüzkarı himayə edirlər. Oktyabrın 11-i gecə saatlarında ermənilərin Gəncədə törətdiyi cinayət də bunun sübutudur. Hadisə nəticəsində ölənlərin sayı artıq 10-a çatıb, 35 nəfər isə yaralanıb. Rəsmi məlumata görə, yaralı olan mülki şəxslərdən 10-u məktəblidir.
Baş verənləri “Sherg.az”a dəyərləndirən hüquq müdafiəçisi Novella Cəfəroğlunun fikrincə, beynəlxalq təşkilatlar 30 ildir ki, Ermənistanın torpaqlarımızı işğal etdiyini bilir. Sadəcə boş-boşuna 4 qətnamə çıxarıblar ki, ermənilər Azərbaycan torpaqlarını qaytarsın. Amma dəyişən bir şey yoxdur. N.Cəfəroğlu bildirib ki, Ermənistan hər zamankı kimi, qəbul edilən qətnamələrə əməl etmirlər:
“Bütün beynəxalq təşkilatlar da bunu görür. Necə olur ki, hansısa dövlət qanunsuz əməllər törədəndə onlara sanksiya tətbiq edirlər. Amma Ermənistana qarşı bir dənə də olsun sanksiya yoxdur?
Bəzi beynəxalq təşkilatlar Gəncədə baş verənlərin faşizm olduğunu dedilər. Amma həmin təşkilatlar Azərbaycanda siyasi məhbus olan kimi ölkəmizin üstünə gəlirlər.
Gəncədə nə qədər vətəndaşımız həlak oldu, insanların haqqı pozuldu, uşaqlar ana-atasız qaldılar. Beynəlxalq təşkilatlar yenə də Ermənistana təzyiq göstərmədilər. Görünən odur ki, bir olub özümüzü qorumalıyıq. Bəzi dövlətlər Ermənistana dəstək olurlar. Ona görə də özümüz-öz müqəddəratımızı həll etməliyik.
Çünki heç kəs bizi Ermənistanın faşizmindən xilas etməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət