
Birdəfəlik gedişhaqqı mübahisəsi mənasızdır -İqtisadçı
Yusif Nəzərli
12:02 30.08.2025
Cəmiyyət
457
Hər gün nəqliyyatdan istifadə edən sərnişinlər üçün gündəlik, həftəlik, altı aylıq və illik gediş biletləri təsis olunmalıdır
Bakı metropolitenində aparılacaq yenidənqurma-tikinti işləri deyəsən, gediş haqqının qaldırılacağı məsələsini də gündəmə gətirib. Xocəsən" elektrik deposunda ("Xocəsən" stansiyası) Bakı metropoliteninə gətirilmiş yeni nəsil qatarların yığılaraq komplektləşdirilməsi ilə bağlı təşkil olunan mediatur zamanı Bakı Metropoliteni QSC sədrinin müşaviri Emil Əhmədov isə deyib ki, metroda gedişhaqqı ilə bağlı məsələ daim müzakirə olunur, amma hazırda bu barədə məlumatımız yoxdur. “Bu barədə müzakirələr aparılır, buna baxmaq lazımdır. Bir çox ölkələrdə fərqli yanaşmalar var. Məsələn, aylıq kartlar, bir səfərlik kartlar. Eyni zamanda, tələbələrə və sosial həssas qrupa daxil olan insanlar üçün fərqli yanaşmalar tətbiq olunur". "Bir çox çox ölkələrdə məsafədən asılı olaraq ödənişlər mümkündür. Bunlar daim bizim gündəmimizdədir, müzakirələr olunur. Hələlik yekun qərar yoxdur", - E.Əhmədov deyib.
İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, birdəfəlik gedişhaqqı mənasız mübahisə mövzusudur:

- Yenə ictimai nəqliyyatda gedişhaqqının artacağı ilə bağlı məlumatlar dolaşır – bizim qalstuklu müəllimlərə, hökumətə, bəlkə də, 15 ildir izah edirik ki, nəqliyyatda birdəfəlik gediş haqqının neçəyə olması ancaq turistləri və ya, nadir hallarda ictimai nəqliyyatdan istifadə edən avtomobil sahiblərini maraqlandırmalıdır. Birdəfəlik gedişhaqqı mənasız mübahisə mövzusudur. Hər gün nəqliyyatdan istifadə edən sərnişinlər üçün gündəlik, həftəlik, altı aylıq və illik gediş biletləri təsis olunmalıdır. Bu biletləri alan vətəndaşlar üçün fərqli tariflər müəyyən edilməlidir. Əgər bir günlük bilet alınırsa və gün ərzində istənilən qədər nəqliyyatdan istifadə edilirsə, bunun qiyməti, məsələn, 2 manat ola bilər. Aylıq biletlər, təxminən 30 manat, altı aylıq biletlər 140 manat, illik biletlər isə 220 manat ola bilər. Belə sistem Avropa ölkələrində tətbiq olunur və sərnişinlər üçün həm daha sərfəli, həm rahatdır. Nəqliyyat şirkətlərinə də bu sistem sərfəlidir – hər dəfə ÖNCƏDƏN pul almaqla, öz problemlərini, borc-xərclərini həll edə bilərlər. Bundan başqa şagird, tələbə və təqaüdçülər üçün ad-soyada bağlı kartlar olmalıdır, qiyməti, normal qiymətlərdən, azı, 2 dəfə ucuz olmalıdır, məsələn, tələbə, şagird, təqaüdçü cəmi 100 manat (altı aylıq 55 manat) ödəməklə il ərzində ictimai nəqliyyatdan (metro və avtobus) məhdudiyyətsiz istifadə haqqı qazanmalıdır. İldə 2-3 dəfə səs-küy salıb nəqliyyatda gediş haqqından danışıb, sonra artırırlar, amma bu qiymət artımı keyfiyyəti dəyişmir, müştəri məmnuniyyəti yaratmır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda heyvanlar kütləvi qırılır
19:02 06.07.2026
Hadisə
Tramp FİFA-ya zəng etdi
18:53 06.07.2026
Futbol
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
18:51 06.07.2026
Ölkə
Quran siyasət kitabı deyil- DİNŞÜNAS
18:46 06.07.2026
Siyasət
Valideynlər uşaqlara nümunə olmalıdır - Psixoloqdan XƏBƏRDARLIQ
18:21 06.07.2026
Cəmiyyət
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya