“Birgə təlimlər ordumuzun NATO standartlarına tam cavab verdiyini göstərir”
07:24 31.07.2020
Cəmiyyət
612
Cəlil Xəlilov: “Ordumuz sadəcə maddi-texniki təchizat deyil, həm də peşəkarlıq baxımından dünya orduları arasında ön sıralarda yer alır”
“Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri ordumuzun NATO standartlarına tam cavab verdiyini göstərir”.
Bunu Moderator.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. C.Xəlilovun sözlərinə görə, NATO-nun ən güclü ordularından biri olan türk ordusu ilə brigə təlimlər, Azərbaycan ordusunun həm maddi-texniki təchizat, həm də peşəkarlıq baxımından mövcud durumunu göstərir:
“Bildiyiniz kimi, Türkiyə ordusu NATO-nun ən güclü ordularından biridir və adıçəkilən qurumun sülhyaratma missiyalarında fəal iştirak edir. Bu baxımdan NATO standartları əsasında təşkil olunan türk ordusu ilə keçirilən brigə təlimlər Azərbaycan ordusunun güc və hazırlıq səviyyəsindən xəbər verir. Bu təlimlər göstərir ki, ordumuz sadəcə maddi-texniki təchizat deyil, həm də peşəkarlıq baxımınan dünya orduları sırasında ön yerlərdə qərarlaşır. Beynəlxalq reytinq mərkəzlərinin hesabatları da bu həqiqəti sübut edir. Bu baxımdan, ordumuzdakı bu inkişaf hər birimiz üçün olduqca qürurvericidir”.
C.Xəlilov birgə təlimlərin siyasi tərəfinə də diqqət çəkib:
“Şübhəsiz ki, birgə hərbi təlimlər Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal altında saxlayan Ermənistan və onun havadarlarına həm də siyasi baxımdan bir mesajdır. Bu, o deməkdir ki, Türkiyə istənilən halda Azərbaycanın yanındadır və onun maraqlarını sona qədər, hətta süngü gücünə belə müdafiə edəcək.
Bu baxımdan, işğalçı Ermənistanın, habelə ona havadarlıq edən qüvvələrin baş verənlərdən nəticə çıxarmasına ehtiyac var. Bu gün Ermənistan daxilində ciddi gərginlik və ağır böhran mövcuddur. Boş büdcəyə, zəif iqtisadiyyata malik Ermənistanda ciddi ictimai-siyasi qarşıdurma hökm sürür. Lakin buna baxmayaraq, rəsmi İrəvan işğal edilmiş Azərbaycan torpaqlarını azad etmək istiqamətində heç bir addım atmır. Təbii ki, Ermənistan öz işğalçılıq siyasətindən imtina etməsə, bu, Azərbaycanı hərbi yola əl atmağa məcbur edəcək. Problem siyasi yolla öz həllini tapmasa, o zaman Azərbaycan məcburiyyət qarşısında qalıb işğal edilmiş torpaqlarda anti-terror əməliyyatları aparmalı olacaq. Bu, həm Azərbaycan konstitusiyasının, həm də beynəlxalq qanunvericiliyin bizə verdiyi hüquqdur. Istər 2016-cı ilin aprel döyüşləri, istərsə də bu ilin iyul döyüşləri göstərdi ki, Azərbaycan ordusu qısa zamanda düşmənə güclü zərbələr endirmək, onu ilk həmlədən məğlub etməkk qüdrətinə malikdir. Odur ki, Ermənistan mövcud reallığı dərk etməli, öz təcavüzkar, işğalçı siaysətindən imtina etməlidir. Rəsmi İrəvan üçün bu məsələdə ikinci, alternativ yol yoxdur”.
Seymur ƏLİYEV
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm