"Birlik, bərabərlik və xeyirxahlıq ölkə başçısının cəmiyyətimizə aşıladığı əsas məqamlardan biridir"
Şəymən Bayramova
11:08 03.08.2020
Cəmiyyət
799
“Bir millət olaraq bölüşdüyümüz sevincli və özünəməxsus günlərdən biri də Qurban bayramıdır. Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır”.
Bu sözləri ölkə başçısı İlham Əliyevin Qurban Bayramı münasibəti ilə Azərbaycan xalqına ünvanladığı təbrik mətnini şərh edən millət vəkili Bəhruz Məhərrəmov deyib.
Deputatın sözlərinə görə, hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban bayramı xeyirxahlıq və mərhəmət duyğularının təcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatını da insanlarda gücləndirir:
“Dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza sevinclə qeyd edirlər. Bu, xalqımızın mənəvi dəyərlərinə dövlət qayğısının nəticəsidir. Ölkə başçısının da qeyd etdiyi kimi insanları saflığa və xeyirxah amallar uğurunda hər cür fədakarlığa hazır olmağa səsləyən müqəddəs İslam bayramı cəmiyyətdə ali insani dəyərlərin daha da güclənməsinə xidmət edir. İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.
Təsadüfi deyil ki, İslamın əsas dəyərlərindən hesab olunan birlik və bərabərlik, xeyirxahlıq kimi addımlar ölkə başçısının cəmiyyətimizə aşıladığı əsas məqamlardan biridir. Bu bayram günlərində ölkə başçısının Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad etməsi də cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edir”.
Prezident İlham Əliyevin Qurban Bayramı münasibəti ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığını xatırladan millət vəkili dövlət rəhbərinin eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin dövlət və hökumət başçılarına da təbrik ünvanladığını deyib: “Təşkilata üzv ölkələrin rəhbərləri də müqəddəs bayram münasibəti ilə Azərbaycan prezidentini təbrik edib. Bütün bunlar ölkəmizin İƏT-da fəal üzv kimi rolunun yüksək olduğunu göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə