Birlik sədri bu dəyişikliyi dəstəkləyir: “Söhbət uşaqlarımızın gələcəyindən gedir”
Məlahət Rzayeva
13:00 19.09.2019
Cəmiyyət
877
Yaxın zamanda uşaqları zərərli informasiyalardan qorumaq mümkün olacaq. Azərbaycanda internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunacaq.
APA -nın məlumatına görə, bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik təklif edilir.
Sənədə yeni 13-2.6-cı bənd əlavə olunur. Yeni bəndə görə, internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.
Qanun layihəsinə dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək, plenar iclasa tövsiyə olunub.
Xatırladaq ki, Təhsil Nazirliyinin “Filtrasiyalı internet” proqramı tətbiq edirdi. Bu proqram 2008-2012-ci illəri əhatə edən “Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində “ENGINET” şirkətinin tərəfdaşlarından biri olan “AzEduNet” MMC tərəfindən həyata keçirilirdi və ölkədə təhsil müəssisələrində şagirdlərin İnternetdə təhlükəsizliyini təmin edirdi. Layihə çərçivəsində valideynlər “Təhlükəsiz İnternet” mobil xidmətinə qoşularaq övladlarını təhsil müəssisələrindən kənarda da arzuolunmaz onlayn məzmunlardan qorumaq üçün idi.
Filtrasiya edilmiş “Uşaq İnterneti” xidmətini Azərbaycanda ilk dəfə olaraq “ENGİNET” şirkəti tətbiq edib. “Uşaq İnterneti” xidməti uşaqları “Pornoqrafiya, 18+”, “Zorakılıq”, “Ekstremizm-Psixoloji təsirlər”, böyüklər üçün nəzərdə tutulmuş sosial şəbəkələrdən qoruyurdu.
Amma şərtlər artıq dəyişib. İndi hər kəsin əlində smartfonlar var, böyüklü-kiçikli hamı hər şeyə baxır.
Qanuna dəyişiklik müsbət nəticə verəcəkmi?
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva “Şərq”ə açıqlamasında qanuna dəyişikliyin vacib olduğunu dedi:
- Qanuna dəyişikliyi dəstəkləyirəm. İstərdim, bu dəyişiklik tezliklə qəbul olunsun. Çünki söhbət uşaqlarımızın gələcəyindən gedir. İnternet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni mütləq əks olunmalıdır.
Bu, uşaqları zərərli vərdişlərin əks olunduğu video-materiallardan, açıq-saçıq materiaalrdan, uşaqların yaş həddinə uyğun gəlməyən təhlükəli paylaşımlardan qoruyar. Hesab edirəm ki, qanuna dəyişiklik qəbul olunması vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur