Biz 10 milyonluq xalqıq
06:39 09.12.2020
Cəmiyyət
448
Şəhidlərimizin vərəsələrini, qazilərimizin ehtiyaclarını qarşılamaq gücündəyik
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərman imzalayıb.
Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov “Şərq”ə açıqlamasında vurğulayıb ki, şəhid ailələrinə, müharibədə iştirak edərək sağlamlığını itirənlərə, Ermənistanın hərbi cinayətləri nəticəsində şəhid olan və ya sağlamlığını itirən insanlara qeyri-dövlət dəstəyinin təşkili ilə bağlı xüsusi qurumun yaradılması ilə bağlı çoxsaylı fikirlər səslənirdi və təkliflər verilirdi. S. Məmmədov qeyd edib ki, özü şəxsən həm e-məlumat bazası və dəstək təsisatının yaradılması ilə bağlı bir neçə sənəd təqdim edib:
“Sənədlərlə yanaşı televiziya və digər media orqanlarında təkliflərimi səsləndirmişdim. Fond artıq təsis olundu. Müşahidə Şurası da təsdiq edildi. Müşahidə Şurasında Şəhid və Qazi ailələrinin maraqlarını müdafiə edən QHT-nin olması, xüsusən də Şəhid ailəsinin rəhbərlik etdiyi QHT-nin olması da çox əladır. Digər üzvlər də ictimai reputasiyası olan tanınmış şəxslərdir. Fondun effektiv və davamlı fəaliyyəti üçün ilk növbədə mükəmməl e-baza yaradılmalıdır. Yəni benefisiar olacaq hər bir ailənin və şəxsin ehtiyaclarını dəqiq göstərən bir baza olmadan yardımların ədalətli bölünməsi problem olar. Həmçinin fondun davamlı maliyyə mənbələrinin olması ilə də bağlı təkliflərimizi vermişik”.
S.Məmmədov qeyd edib ki, fonda spontan olaraq köçürmələr olacaq:
“Bu normaldır. Amma davamlı maliyyə mənbələri üçün əlavə tədbirlərə ehtiyac var. Dövlət dəstəyi öz yerində, amma 10 milyonluq xalq (hələ xarici ölkədə yaşayan həmvətənləri demirəm) bütün şəhidlərimizin vərəsələrinin, bütün qazilərimizi və onların ailə üzvlərinin ehtiyaclarını qarşılamaq gücündədir. Onsuz da bizlər, xalq olaraq şəhid anaları (valideynləri), övladları, xanımları, bacıları üçün nə etsək belə az olacaq. Ən azı mənəvi borc kimi hər kəs nə isə etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə