"Biz birləşəndə həqiqətən də sarsılmaz gücə çevrilirik" - Partiya sədri
Turan
11:49 01.01.2021
Cəmiyyət
605
"2020-ci ildə çox çətinliklər ortaya çıxdı, çox sınaqlarla üzləşdik. COVİD-19 pandemiyası bütün dünyada olduğu kimi bizim də həyatımızın düzənini pozdu, yaşam tərzimizi kökündən dəyişdi".
Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri, keçmiş döyüşçü Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, bütün çətinliklərə rəğmən dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar bu il sözün tam mənasında Qarabağ üçün, Azərbaycan üçün həmrəy oldular, birləşdilər, “Dəmir Yumruğ”a çevrilməyi bacardılar:
"44 günlük Vətən Müharibəsi bütün dünyaya Azərbaycan xalqının və dövlətinin qüdrətini göstərdi, milli həmrəylik performansını nümayiş etdirdi. 1989-cu ildə “İlin xalqı” kimi adını tarixə yazdıran xalqımız 2020-ci ildə yenidən bütün dünyaya həmrəy xalq düsturunu təqdim etdi. Xalqımız pandemiyaya qarşı “Biz birlikdə güclüyük!” şüarı ilə mübarizə apardı. Erməni faşizminə qarşı mübarizədə isə “Dəmir yumruq” prinsipi ilə hərəkət etdi. Bütün dünya Azərbaycan xalqının birliyindən doğan gücü gördü. Xalq öz Ordusuna qucaq açdı. Xalq öz Ali Baş Komandanının ətrafında birləşdi. Xalq-Ordu-Ali Baş Komandan triumviratı tariximizin işğal səhifəsini qapadıb, ən yeni tariximizi – Zəfər tariximizi yazmağa başladı. Biz həmin 44 gün ərzində Azərbaycan xalqının qüdrəti ilə fərəhləndik. Sözlərlə anlada bilməyəcəyimiz tarixi anlara şahid olduq. Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəlik məharəti, hərbçilərimizin yenilməz gücü, siyasi qüvvələrin həmrəyliyi və xalqın birliyi 30 illik işğalın buxovlarını, maneələrini söküb atmağımız, haqqımızı bərpa etməyimiz üçün zəmin yaratdı. İşğal altında qalan tarixi torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Artıq üç aydır ki, rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarda üçrəngli bayrağımız əzəmətlə dalğalanır".
Politoloq vurğulayıb ki, 10 noyabr Bəyanatının imzalanması ilə müharibənin aktiv fazası bitsə də və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsa da, bütövlükdə siyasi-diplomatik davamız, ideoloji mücadiləmiz, informasiya savaşımız hələ bitməyib:
"Bu baxımdan qarşıdakı mərhələdə daxili ictimai-siyasi sabitliyə, milli həmrəyliyə daha çox ehtiyacımız olacaq. Çünki xalqımızın, dövlətimizin qarşısında duran taleyüklü məsələlərin həlli bunsuz mümkün deyil. İnanın ki, milli həmrəylik gələcək bütün qələbələrimizin əsas zəmini, həlledici amili ola bilər. Odur ki, sizi qarşıdakı ümummilli hədəflərimizin gerçəkləşməsi naminə daha sıx birləşməyə, 44 günlük savaş dönəmindəki birlik ovqatımızı qoruyub saxlamağa çağırırıq. Təcrübə onu göstərdi ki, biz birləşəndə həqiqətən də sarsılmaz gücə çevrilirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm