Bizə valideyn olmaq öyrədilmir ! - “Bir çoxları övladına mülk kimi yanaşır !”
Fidan Həmişəyeva
16:23 24.09.2020
Cəmiyyət
744
“Valideyn olmaq böyük imtahandır. Bunu hər kəs sonacan uğurla bacarmır”
“İnsanın həyatıyla oyuncaq kimi oynayanlara qarşı amansız olmaq gərəkdir”
“Mütləq şəkildə ailələrə ictimai və dövlət nəzarəti lazımdır”
Rusiyada Sankt-Peterburq sakini “Avito” portalında oğlunun satışına dair elan yerləşdirib. Elan “Heyvanlar” bölməsində olub. Sankt-Peterburqun uşaq hüquqları üzrə ombudsman aparatından elanın silinməsi ilə bağlı portala müraciət edilib. Şəhərdə ilk belə hadisə olmadığı qeyd olunur. Bundan əvvəl başqa bir kişi də oxşar elan yerləşdirib, oğlunun özünü pis apardığını qeyd edib. Ata oğlunu etibarlı əllərə təslim etmək istədiyini yazıb. Bu hərəkətinə görə həmin şəxs cərimə edilib.
Təəssüf ki, oxşar hadisə başqa ölkələrdə, həmçinin Azərbaycanda da yaşanıb. Valideynlər müxtəlif arqumentləri əsas gətirərək, bu addımı atdıqlarını deyir. Lakin nə olur-olsun övladını atan, satan şəxslərə cəmiyyətdə birmənalı münasibət yoxdur.
Mövzu ətrafında fikirlərini “Sherg.az”la bölüşən tanınmış jurnalist İlhamə Rəsulova bildirib ki, ailə məişət mövzusu, övlad tərbiyəsi məsələlərinin Azərbaycanda öz xüsusiyyətləri var. Həm yaxşı cəhətlər mövcuddur, həm də pis:
“Yaxşı cəhətlər barədə danışmayacam. Hamıya məlum olan sevgi bağları, övlad üçün son tikəsindən keçmək, onun naminə öz həyatını fəda etmək və.s. Pis cəhətlərdən ən birincisi budur ki, bizdə bir çox valideyn övladına fərd kimi yox özünə məxsus mülk kimi yanaşır. Onu istədiyi şəkildə cəzalandıra biləcəyini düşünür.
Təxminən 20-25 il öncə Azərbaycanda orta məktəblərin son sinfində “Ailə” adlı dərs keçirilirdi. Saatı az olsa da, müəllimlər az əhəmiyyət versə də, əslində ən önəmli dərslərdən biri bu idi.
Orta məktəbi bitirən hər kəs alim olmaya bilər, amma hər kəs bir ailənin parçası, gələcək ailənin başçıları olacaq. Bizə valideyn olmaq öyrədilmir, bunu valideynlərimizdən görüb-götürürük. Nahaq demirlər ki, uşaq ailənin güzgüsüdür. Ailə hansı tərbiyədədirsə, orda böyüyən uşaq da o xarakteri əxz edəcək.
Valideyn qəddarlığı ilə üzləşibsə, özü də qəddarlaşacaq. Eyni zamanda qorxuları olacaq, sevməyi, övladına sevgisini ötürməyi bacarmayacaq. Əslində ən qəddar adamları elə qorxuları o hala gətirir. Qəbul etmirik ki, “qanmaz uşaq” dediyimiz fərd şüur sahibidir, hətta ən balaca uşaq belə intuitiv olaraq yaxşını pisdən ayırd edə bilir”.
İ.Rəsulova vurğulayıb ki, nə olur olsun, övladı satışa çıxarmaq bağışlanmazdır:
“Bu, yumşaq formada ifadə etəsk, vicdansızlıq, laqeydlikdir. Belə bir valideynlə uşağın böyüməsi onun sağlamlığına zərbədir, həyatı üçün təhlükəlidir. Hansısa valideyn övladını satmağı bu gün bacarmayıbsa, sabah bacaracaq, övladının ölümünə, yaralanmasına və ya hansısa bir cinayətkar dəstənin əlinə düşməsinə səbəb olacaq”.
Jurnalistin fikrincə, mütləq şəkildə ailələrə ictimai və dövlət nəzarəti lazımdır:
“Hər birimiz ətrafımızda, qonşuluqda uşağına qarşı qəddar rəftar edən ailə barədə müvafiq qurumlara-polisə, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinə məlumat verməklə onun həyatını xilas edə bilər. Valideyn olmaq ən çətin və ən ağır işdir, böyük imtahandır. Bunu hər kəs sonacan uğurla bacarmır.
Ya bilməyənə kömək etməliyik, bilmək istəməyib, bir balaca insanın həyatıyla oyuncaq kimi oynayanlara qarşı isə amansız olmaq gərəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya