Bizim xanımlar dözümlüdürlər, bağışlayırlar: Kişi də elə düşünür ki, döyüb, söyə, bilər
Şəymən Bayramova
13:43 27.02.2020
Cəmiyyət
792
Son zamanlar ölkədə qadına qarşı şiddət və zorakılıq faktları qarşısıalınmaz hal alıb. Təkcə ötən gün ərzində 2 qadın həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilib, bir qadın isə şikəst qalıb. Hüquq mühafizə orqanlarından verilən məlumata görə, əvvəllər hərbi hissəni icazəsiz tərk etməkdə və fərarilikdə ittiham olunan Bakı şəhər sakini Ziya Ələsgərov həyat yoldaşı Kristina Ələsgərovanı sinəsinə, qarnına və üzünə bir neçə bıçaq zərbəsi vurduqdan sonra qaçıb gizlənib.
Ağır vəziyyətdə olan zərərçəkən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
Masallı rayonun Təzəkənd kənd sakini Ağayev Sərxan Azayxan oğlu isə avtomatla yaşadığı evin həyətində həyat yoldaşı Nəbiyeva Alimə Əli qızını və eyni zamanda qaynı Nəbiyev Miralimlə qayınanası Nəbiyeva Zemfiranı da güllələyib.
Digər dəhşətli qətl hadisəsi isə Şirvan şəhərində törədilib. Kişi həyat yoldaşının boğazını kəsərək qətlə yetirib. Hadisə Sənaye zonasında baş verib. 1984-cü il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı - Zəngilan rayon sakini, 1986-cı il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızını yaşadıqları mənzilin yataq otağında qətlə yetirib.
O, həyat yoldaşını çarpayıda yatdığı halda boğaz nahiyəsinin əsas damarını bıçaqla kəsib. Çox qan itirən Pərvanə Nağıyeva hadisə yerində ölüb.
Pərvanə Nağıyeva 2 uşaq anası olub. Qətlin hansı səbəbdən baş verdiyi araşdırılır.
Ekspertlərin fikrincə, qadınlara qarşı şiddətin artmasına səbəb, əsasən insanlarda olan mənəvi keyfiyyətlərin itirilməsi, ətrafda baş verən hər hala güclü emosional reaksiyanın verilməsi, hər kəsin sosial şəbəkələrdə daha çox vaxt keçirərək ailə dəyərlərini , ailə komfortunu arxa plana keçirməsidir.
Vəkil İradə Cavadovanın "Şərq"ə açıqlamasına görə, ölkədə məişət zorakılığına qarşı mübarizənin hüquqi bazası mövcud olsa da, icra mexanizmi qənaətbəxş deyil:
"Zorakılığa məruz qalan qadınlar üçün krizis mərkəzləri olmalıdır. Qanunla yanaşı bu cür mərkəzlərin fəaliyyət göstərməsi qadın haqlarının qorunmasını daha da təkmilləşdirəcək. Düzdür, şiddətə məruz qalan qadınlar hüquq mühafizə orqanları tərəfindən müdafiə olunur. Amma problemlər də qalmaqdadır".
Hüquq müdafiəçisinin sözlərinə görə, cinayət törədən kişilər birdən- birə həyat yoldaşlarını öldürmək qərarı vermirlər:
"Bizim xanımlar dözümlüdürlər, bir neçə dəfə bağışlayırlar. Belə olanda kişi elə düşünür ki, onu döyə, söyə bilər, onsuz da qadın susacaq. Çox güman ki, baş verən cinayət hadisələrindən əvvəl zorakılıq əlamətləri, təhqir faktları olub. Qadınlarımız ilk dəfə təhqirə və ya zorakılığa məruz qaldığı zaman hüquq mühafizə orqanlarına şikayət edib, təhlükəsizliyinə dair önləm almalıdır. Bəzi qadınlarımız "eldən ayıb" edir, şikayət edən xanımlara isə məsələnizi ailə daxilində həll edin deyib, yola salırlar. Halbuki, qadının ilk şikayətində onun ərinin psixoloji durumu müəyyənləşdirilməlidir.
Son vaxtlar qadınlara qarşı şiddət faktlarının artmasının ciddi narahatlıq doğurduğunu vurğulayan hüquq müdafiəçisi hesab edir ki, ölkədə qanunvericilik bazasının və cəza mexanizminin olmasına rəğmən baş verən cinayət hadisələrinin sayı artır. Hesab edirəm ki, məişət zorakılığına qarşı mübarizə çərçivəsində profilaktik tədbirlər görülməli, problemləri ailələr müəyyənləşdirilib insanların psixolojik durumu müəyyənləşdirilməlidir. Kütləvi informasiya vasitələrində maarifləndirmə işləri daha da gücləndirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur