BMT-nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycanla bağlı tədbir keçiriləcək
Yusif Nəzərli
08:20 10.03.2025
Cəmiyyət
373
İndiyədək Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qərbi Azərbaycanla bağlı 53 layihə icra olunub.
Oxu.Az "Report" xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Milli Məclisdə keçirilən "Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu" mövzusunda ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, cari ildə 51 layihə qalib elan olunub və bu layihələrə ümumilikdə 667 min manat vəsait ayrılıb:
"Bu il BMT-nin İnsan Hüquqları Şurasının növbəti sessiyasında Qərbi Azərbaycanla bağlı yan tədbir keçiriləcək".
A.Əliyeva xatırladıb ki, 2024-cü il ərzində qrant müsabiqələri çərçivəsində "Qərbi Azərbaycana qayıdış prosesi" mövzusu üzrə 29 qeyri-hökumət təşkilatının təqdim etdiyi layihə qalib elan edilib:
"Həmin layihələrin maliyyələşməsinə ümumilikdə 374 min 50 manat vəsait ayrılmışdı. Layihələr çərçivəsində Azərbaycan, Belçika, Türkiyə, Rusiya, Niderland, Özbəkistan kimi ölkələrdə Qərbi Azərbaycanla bağlı müxtəlif tədbirlər təşkil olunub. Filmlər, saytlar, TV verilişlər, kitablar, hesabatlar hazırlanıb".
İcraçı direktor bildirib ki, Qərbi azərbaycanlıların soyqırımına, deportasiyalara məruz qalması, onların hüquqlarının bərpa olunması, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşdırılması istiqamətində görülən işlər, Qərbi Azərbaycanda tarixi-mədəni abidələrin dağıdılması və s. mövzularla bağlı hazırlanan üç məqalə ABŞ, Livan, Özbəkistan, İraq, Pakistan, Misir, İordaniya, Türkiyə, Əlcəzair, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Küveyt mediasında dərc olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaradağda 30 yaşlı kişi evdə aldığı xəsarətdən ölüb
10:41 29.09.2026
Hadisə
UEFA Mbappeni 3 oyunluq cəzalandırdı
10:34 29.09.2026
Futbol
Rusiya Paşinyanın yerinə Qaregini gətirmək istəyir - Şirinyan
10:05 29.09.2026
Region
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
08:48 29.09.2026
Sosial
Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...
08:27 29.09.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:22 29.09.2026
İnfrastruktur
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
07:50 29.09.2026
Maraqlı
Yuxuya gedərkən qıcolma epileptik ocağı göstərə bilər
07:17 29.09.2026
Sağlamlıq
“Alfonsları sevirəm…”
06:46 29.09.2026
Şou
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual