BNA rəsmisinə SƏRT REAKSİYA: "İnsanları qazancdan məhrum etmək olmaz!"
16:03 02.09.2020
Cəmiyyət
641
“Bakı Nəqliyyat Agentliyi taksilərdə mövcud aşağı standartın qaldırılması (nasaz maşınların dəyişdirilməsi, taksilərdə təhlükəsizliyin, təmizliyin qorunması və s.) ətrafında iş aparmalıdır. Amma taksilərdə olan qiymətin aşağı və ya yuxarı olması kimi məsələlərə müdaxilə etməməlidir. Bazar iqtisadiyyatı şəraitində tariflər rəqabət nəticəsində formalaşmalıdır”.
"Sherg.az" xəbər verir ki, bunu deputat Nigar Arpadarai “Facebook” səhifəsində bu gün Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin “Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” fikirlərini tənqid edərkən bildirib. Onun sözlərinə görə, BNA-nın elan etdiyi konsepsiya tətbiq olunarsa (taksilərdə vahid, daha yüksək qiymət müəyyən olunarsa), bu, həm taksi sürücüsü kimi fəaliyyət göstərən, həm də taksidən istifadə edən vətəndaşların sayının aşağı düşməsinə gətirib çıxaracaq. Bu isə cəmiyyət üçün mənfi nəticələnəcək: “Hazırda çətin dövrdə yaşayırıq, bir çox vətəndaşımız əlacsızlıqdan, işin olmaması səbəbindən taksi sürücüsü kimi işləyir. Bu vətəndaşlar onsuz da az qazanır, onları bu qazancdan da məhrum etmək olmaz.
Digər tərəfdən pandemiya dövründə metro işləmir, avtobuslarda sıxlıq olur, insanlar yoluxma riskini aşağı salmaq üçün taksidən istifadə edir. BNA rəsmiləri bunu mütləq nəzərə almalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə