
Boşanmaların sayı azalacaq və ailələr daha yaxşı qorunacaq - EKSPERT
Yusif Nəzərli
04:23 13.03.2025
Cəmiyyət
528
Nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinin qanunvericilikdə təsbit olunması məqsədəuyğun haldır
Ədliyyə Nazirliyi nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinin qanunvericilikdə təsbit olunması ilə bağlı təkliflər hazırlayır. Bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib.
O bildirib ki, nikahın pozulması üçün Nazirliyə müraciət edən şəxslərə pilot layihə kimi psixoloqa müraciət etmələri tövsiyə olunur: “Nikahın pozulması üçün qeydiyyat şöbələrinə müraciət edənlərə psixoloq fəaliyyətini tövsiyə edirik. Cütlüklərin 20 faizi psixoloqlarla söhbətdən sonra boşanmaqdan vaz keçirlər”.
Psixoloq Gülər Məmmədovanın sözlərinə görə, əgər cütlüklər boşanmaqla bağlı qərarlarında qətidirlərsə, o zaman burada psixoloq heç nə edə bilməz: “Amma tərəddüdləri varsa, sağlam münasibət qura bilmirlərsə, gərginlik varsa, burada ailə psixoloqu neytral üçüncü şəxs olaraq problemlərin həllində mühüm rol oynaya bilər. Amma ailə psixoloqları ailə qurmuş, ailə dəyərləri barədə təcrübəsi olan biri olmalıdır. Əgər bu, gənc, ailəsi olmayan şəxs olsa, o zaman doğru aydınlanmalar yarada bilməyəcək. Azərbaycanda bu sahənin genişlənməsi və daha çox insan tərəfindən qəbul edilməsi üçün cəmiyyətin psixoloji xidmətlərə olan yanaşmasını dəyişdirmək lazımdır. Azərbaycanda olan ailədaxili problemlər ya məhkəmə zalında, ya da polis bölmələrində barışmaqla həll edilir. Ailə psixoloqları, ailədaxili münasibətlərin yaxşılaşdırılması, gərginliyin azaldılması və ümumilikdə cəmiyyətin psixoloji sağlamlığının artırılması üçün mühüm rola sahibdirlər. Bu peşənin inkişafı, daha sağlam və güclü ailələrin formalaşmasına kömək edəcək və ölkə səviyyəsində sosial rifahı artıracaq”.

Sosioloq Lalə Mehralı isə “Sherg.az”a açıqlamasında qeyd edib ki, nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinin qanunvericilikdə təsbit olunması məqsədəuyğun haldır. Onun sözlərinə görə, bu, boşanmaların azalması və ailələrin qorunması istiqamətində aparılan mübarizədə effektiv ola bilər:
“Əgər bu psixoloqlar Mediasiya Şurasının tərkibində ödənişsiz olaraq fəaliyyət göstərəcəklərsə, təqdirəlayiq hal kimi dəyərləndirilə bilər. Hakimlərin boşamadığı, psixoloqa yönləndirdiyi cütlüklər ödənişli olduğu üçün psixoloqa müraciət etməkdən imtina edir. Azərbaycanda fəaliyyət göstərən psixoloqların qəbul qiymətləri kifayət qədər yüksək olduğu üçün orta statistik əhalinin bu məbləği ödəməyə imkanı çatmır. Bir seans üçün az qala aylıq əməkhaqqının yarısı qədər məbləğ tələb edilir. Risk qrupuna daxil olan, ziddiyyətli ailələr üçün də o məbləği ödəyib psixoloq yanına getmək inandırıcı görünmür. Əgər bu xidmət icbari sığorta paketinə əlavə edilsə, ya da Mediasiya Şurasının nəzdində ödənişsiz olsa, boşanma mərhələsində olan cütlüklərin bir neçə faizinin yarı yoldan qayıtmasına səbəb olar. Bəzi ailələrin dağılma səbəbi çox mənasız olur. Tərəflər arasında qarşılıqlı anlaşma olmadığı, bir- birinin narazılıqlarına etinasız yanaşdıqları üçün tək çarəni boşanmada görürlər. Lakin bəzən kiçik bir söhbət böyük bir problemi aradan qaldıra bilir. Bəzi ailələrdə ərlə arvad bir-birini dinləmir. Hər ikisi özünü haqlı sayır. Əgər peşəkar dəstək alsalar, onlar bir-birinin əyər-əskiyini görə, onu aradan qaldırmaq üçün addım ata bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya