Boşluqlar var: “Karantin rejimi ilə bağlı sərt qaydaların tətbiqi labüd idi”
Şəymən Bayramova
11:37 31.05.2020
Cəmiyyət
785
"Bu istiqamətdə maarifləndirmə və inzibati tədbirlərin gücləndirilməsi zəruri idi”
“İş- işdən keçəndən, yoluxma sayı rekord həddə yüksələndən sonra maska taxmaq məcburiyyəti effektiv deyil”
Karantin rejimi yumşalandan sonra koronavirusa yoluxanların sayında rekord sayda artım qeydə alınır. Həkimlər artımın baş verməsinin səbəbini insanların hələ də koronavirus xəstəliyini ciddiyə almaması və qapalı məkanlarda olarkən tibbi maska taxmamasında görürlər.
Bu mənzərənin gözlənilən olduğunu vurğulayan ekspertlər karantin rejimi bitdikdәn sonra insanların xaotik hәrәkәti, kütləvi toplaşma hallarının olması fonunda belə bir ehtimalı göz önündә tutduqlarını qeyd edir. Hesab edirlər ki, Karantin rejiminin yumşaldılması bəzi insanlarda fikir formalaşdırdı ki, guya Azərbaycanda artıq xəstəlik yoxdur və qaydaları gözləmək, maska taxmaq, sosial məsafəni qorumaq lazım deyil.
Tibb eksperti, professor “Adil Qeybulla” isə “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanda COVİD-19-la mübarizənin təşkilinə Operativ Qərargah cavabdeh olduğundan nəticənin bu səviyyəsə yüksəlməsi TƏBİB, tibb mütəxəssisləri və digər inzibati strukturlardan cəlb olunan şəxslərin fəaliyyətinin qənaətbəxş olmadığını göstərir. Deməli, haradasa yanlışlıq var. Professorun sözlərinə görə, karantin dövrünün ən sərt mərhələsində belə SMS icazələrindən sui-istifadə halları çox oldu:
"Sosial izolyasiya qaydalar pozuldu, vətəndaşlar istədiyi kimi gəzir, bir- birinin evinə qonaq gedir, həyətlərdə ziyafətlər təşkil edirdilər. Bütün bunlar isə yoluxmaların günü- gündən artmasına səbəb olurdu. Bu gün yaşadığımız ikinci dalğa məhz həmin günlərdə baş verən nəzarətsizliyin nəticəsidir. Həmçinin karantin qaydalarını yumşaltmadan əvvəl insanlara qaydalar izah olunmalı, sərt tələblər irəli sürülməli idi. Verilən informasiyalar, sadəcə, konstatasiya xarakteri daşıyır. Bu istiqamətdə fəaliyyətə yenidən baxılmalıdır. Ya biz bu yolla yoluxma sayını azalda və ağırlaşma, ölüm hallarını minumumda saxlaya bilərik, ya da kollektiv (kütlə) immunitetinə doğru gedəciyik. Kollektiv immunitetin yaranması üçün ən azı 70% əhalinin yoluxması tələb olunur ki, virus tədricən yoxa çıxa bilsin. Bu isə paralel olaraq ciddi itkilər deməkdir”.
Tibb eksperti hesab edir ki, karantin qaydalarının yumşaldılması fonunda sosial məsafə gözləmək, maska taxmaq, əllərin mütəmadi sabunla yuylması və dezinfeksiya tədbirlərinə əməl edilməsinə dair nəzarətin ciddiləşdirilməsi və sərt qaydaların tətbiqi labüd idi:
"Təəssüf ki bu sahədə ciddi boşluqlar oldu. Bu istiqamətdə maarifləndirmə və inzibati tədbirlərin gücləndirilməsi zəruri idi. İş- işdən keçəndən, yoluxma sayı rekord həddə yüksələndən sonra maska taxmaq məcburiyyəti effektiv deyil. Bu mənada yoluxma ilə bağlı bütün məsuliyyət Operativ Qərargahın çiyinlərindədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya
Azərbaycan nefti bahalaşıb
10:25 16.05.2026
İqtisadiyyat