Böyük sınaq: “Ən inkişaf etmiş ölkələrdə minlərlə insan ölür” – Evdə qal !
Şəymən Bayramova
19:16 30.03.2020
Cəmiyyət
929
“Dövlətin və rəhbərin əsas məqsədi bu vəziyyətdən maksimum az itkilərlə çıxmaqdı”
“Bəziləri məsuliyyətlərini anlamır, adekvat yanaşmırlar, qaydaları pozmağa çalışırlar”
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər. Müasir standartlara cavab verən bu klinikanın məhz bu dövrdə açılışı bir çox məqamları ilə yadda qalmaqla yanaşı, Cənab Preizdentin tibb heyəti ilə görüşü zamanı önəmli açıqlamaları xüsusi əhəmiyyət daşıyır. Qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfovun “Sherg.az”a açıqlamasına görə, istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verən bu müəssisədə müvəqqəti olaraq koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar:
“Görülən bütün bu işlərin isə bir məqsədi var: Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi və dövlətin öz vətəndaşının qayğısına xüsusi həssaslıqla yanaşmasıdır. Bu xəstəxana Cənab prezidentin təşəbbüsü ilə inşa edilib. Belə bir imkanlara malik yeni klinikanın koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün qapıların açılması dövlətin bu epidemiyanın qarşısının alınması istiqamətində atdığı addımlarla yanaşı, vətəndaşının sağlamlığının dövlət üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Və bu xəstəxananın işə düşməsi koronavirusa qarşı mübarizədə dövlətə əlavə imkanlar yaradır. Cənab Prezidentin tibb personal ilə görüşdə qeyd etdiyi kimi koronavirusla mübarizədə bizdə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlanılır. Halbuki ən inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıb. Minlərlə insanın ölməsi və xəstəliyin demək olar ki, dünyada geniş yayılması bütün ölkələr üçün böyük sınaqdır, böyük çağırışdır. Dövlətin və rəhbərin əsas məqsədi bu vəziyyətdən maksimum az itkilərlə çıxmaqdı”.
S. Nəcəfov hesab edir ki, Prezidentin çıxışında diqqət cəlb edən xüsusi məqamlardan biri də tibb işçilərinə təşəkkürü və onların əməyinin yüksək qiymətləndirilməsi idi. Doğurdan da bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür:
“Prezident İlham Əliyev həmin görüşdə iş adamlarının koronavirusa qarşı mübarizədə öncərgədə olmalarını xüsusi qeyd etdi və vətəndaş mövqeyinə görə təşəkkür etdi. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılandan bəri az müdddət ərzində iş adamlarının, vətədanşların, ictimai birliklərin etdikləri yardımların sayəsində fondda olan vəsait 100 milyonu keçib”.
Şəxsi məsuliyyətlə bağlı ölkə başçısının narazılığına toxunan baş redaktor deyib ki, bir çoxları bu məsələdə məsuliyyətlərini anlamır, dərk etmir, adekvat yanaşmırlar:
“Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın. Yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa bilməzlər. Bunu onlar başa düşməlidirlər. Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz küçələrdə onu başa sal, bunu başa sal. Biz nə etməliyik?! Qaydaların pozulmasına imkan verə bilmərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya