Böyüklər atəş səslərinə öyrəşib
07:22 09.10.2020
Cəmiyyət
573
Ancaq psixoloqlarımız cəbhəyanı bölgələrdə uşaqlara, qocalara yardım göstərəcək
Son vaxtlar Azərbaycanda da baş verən məlum olaylar insanlarda gərginliyin artması və bu baxımdan hadisələrin insan psixologiyasına təsiri məsələsinin təhlil və tədqiqi xüsusi aktuallıq kəsb edir. Müharibənin törətdiyi fəsadlar psixi pozuntulara, streslərə səbəb olan amillərdir. Mülki əhalimizin vəhşi ermənilər tərəfindən bombardmana tutulması təbii ki, uşaqlarda və yeniyetmələrdə bir sıra psixoloji gərginliklər yaradır.
Məsələ ilə bağlı "Şərq"ə açıqlama verən psixoloq Azad İsazadə bildirib ki, müharibə iştirakçılarının sosial-psixoloji reabilitasiyası ilə bağlı dünyanın müxtəlif ölkələrində - ABŞ-da, Rusiyada və Avropa ölkələrində geniş tədqiqatlar aparılır. O, diqqətə çatdırıb ki, müharibənin törətdiyi fəsadlar, insanların üzləşdiyi vəziyyət, hərbi münaqişənin davam etməsi və sair çox zaman psixogen pozuntuların, travmatik yaşantıların artma meylini gücləndirir:
"Vaxtilə Azərbaycan xalqının, ölkə vətəndaşlarının Dağlıq Qarabağ münaqişəsi zamanı üzləşdiyi itkilərin nəticəsi olaraq aldıqları mənəvi-psixoloji travmalar təkcə 1 milyondan çox qaçqının və məcburi köçkünün həyatına deyil, eləcə də, Azərbaycan əhalisinə maddi-mənəvi və sosial-psixoloji vəziyyətinə olduqca mənfi təsir göstərir.
Dünya tarixində soyqırımlar çox olub. Amma qətlə yetirilmiş insanların cəsədləri üzərində vəhşiliyin törədilməsi hərb tarixində görünməyib.
Hamımız bilirik ki, bu gün cəbhəyanı zonalarda qızğın müharibə gedir. Bunu bir elan kimi nəzərə çatdırım ki, ölkəmizdə hazırda "Gənc Psixoloq Assosiasiyası" fəaliyyət göstərir. Bir psixoloq kimi mən də onlara qoşulmuşam. Biz həftənin sonuna kimi döyüşlər gedən ərazilərə, kəndlərə baş çəkəcəyik.
Orada yaşayan uşaqlara, qadınlara, qocalara yerindəcə psixoloji yardım göstərəcəyik. Çalışacağıq ki, maksimal dərəcədə peşəkar səviyyədə yardım göstərək. Çox istərdik ki, bir sıra psixoloqlar da bizə qoşulsunlar. Sözsüz ki, belə vəziyyətdə cəbhəyanı bölgələrdə yaşayan insanlara hansısa tövsiyələri vermək çox çətindir. Amma bir məsələni qeyd edim ki, orda yaşayan əhali o atəş səslərinə daha öyrəşiblər. Sadəcə, indi partlayışlar daha çox kəndlərdə olur.
Həmin səslərin yaratdığı qorxu, həyəcan kimi amillər sözsüz ki, insanlarda daimi qalır. Onlar xüsusilə uşaqlara, yeniyetmələrə daha çox psixoloji mənfi təsir göstərir. Ümumiyyətlə, insanlar bu cür məsələlərə hazırlıqlı olmalıdırlar. Qəti şəkildə panikaya düşmək olmaz. Hər bir vətəndaş vəziyyətə uyğun davranış sərgiləməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm