
BTE-nin şöbə müdiri: 2-3 manata məktəb forması tikilə bilməz
11:31 02.09.2025
Cəmiyyət
624
Meyvə-tərəvəz dükanlarında satılan məktəb formalarına heç bir zəmanət verilmir
Avtobus dayanacağından alınan geyimin gigiyenik və ya uyğunluq sertifikatı olması mümkün deyil
Yeni tədris ilinin başlanması ilə valideynlər övladları üçün məktəb formalarının alınmasına başlayırlar. Bu prosesdə düzgün seçim etmək yalnız uşağın xarici görünüşünü deyil, eyni zamanda onun sağlamlığını və rahatlığını da təmin etmək baxımından son dərəcə vacibdir. Məktəbli formalarının satışı üçün xüsusi yerlər ayrılsa da, təəssüf ki, şəhərdə hər addımbaşı formaların təsadüfi ünvanlarda-küçə, bazar və qeyri-rəsmi satış nöqtələrində satıldığını görürük. Hətta 2-3 manata belə formaların təklif olunması halları müşahidə olunur. Bu cür hallar uşaqların sağlamlığı üçün ciddi təhlükə yaradır və valideynlərin seçim edərkən daha diqqətli olmalarını zəruri edir.
Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov mövcud problemin qarşısını almaq və maarifləndirmə məqsədilə Sherg.az-a danışıb:

"Valideynlərə hər zaman müraciət edərək xahiş edirəm ki, məktəb formalarını təsadüfi ünvanlardan almasınlar. Hazırda bizim 7 rəsmi satış mərkəzimiz fəaliyyət göstərir. Bu mərkəzlərdən alınan məhsullara 1 il zəmanət verilir.
Lakin küçələrdə, bazarlarda, avtobus dayanacaqlarında və ya meyvə-tərəvəz dükanlarında satılan məktəb formalarına heç bir zəmanət verilmir. Həmçinin valideynlərə tövsiyə edirəm ki, yalnız sertifikatlı məktəb formalarına üstünlük versinlər. Avtobus dayanacağından alınan geyimin gigiyenik və ya uyğunluq sertifikatı olması mümkün deyil.
Unutmayaq ki, 2-3 manata məktəb forması tikilə bilməz. Bu məbləğ heç tikiş haqqını belə qarşılamır. Əgər bir atelyeyə yaxınlaşıb uşaq üçün paltar sifariş etsəniz həm parça materialının, həm də tikilişin nə qədər xərcli olduğunu özünüz görəcəksiniz".
Şöbə müdiri BTE-nin hazırda formaları əl tikişi ilə deyil, sənaye üsulu ilə istehsal etdiyini söyləyib. O, sertifikatsız məhsulların təhlükə mənbəyi olduğunu qeyd edib.
"Məsələn, 100% pambıq parçadan hazırlanan qısaqol köynəyin qiyməti bizdə minimum 8 manatdır. Bu, maya dəyəridir və üzərinə heç bir əlavə gəlir qoyulmur. İstehsal etdiyimiz formalar bu il satılmasa, gələn il bank faizi bizi sıxışdırır.
Valideynlər aldıqları formanın keyfiyyətinə və onun gigiyenik sertifikatının olub-olmamasına xüsusi diqqət yetirməlidirlər. Keyfiyyətsiz materiallardan hazırlanmış məhsullar uşaqlarda allergiya və müxtəlif dermatoloji xəstəliklərə səbəb ola bilər. Uşaqların sağlamlığını təhlükəyə atmaq yolverilməzdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya
NATO ölkələri vahid müdafiə istehsalı sistemi yaradır
10:11 13.10.2026
Dünya