Bu dərd bizimlə yaşayacaq, amma...
Məlahət Rzayeva
23:37 24.09.2020
Cəmiyyət
620
Hər qızdırması olan şagird "korona" deyil
Əgər yoluxma varsa, valideyn də günahkardır, məktəb də
Şagirdlər arasında yoluxma təhlükəsinin artdığı ehtimal olunur. Ehtimalın yaranma səbəbi isə məktəbə gələn şagirdlər arasında hərarəti yüksək olanların aşkarlanmasıdır. Həkimlər isə hərarətin yüksəkliyi ilə koronavirus infeksiyası arasında bağlılığı iddia etməyin yanlış olduğu fikrindədirlər. Pediatr Vaqif Qarayev bununla bağlı sosial şəbəkədə status paylaşıb.
Həkim yazır: Təhsil Nazirliyinin məlumatı: daha 19 şagird koronavirusa yoluxub. Məlumatda temperaturu 37-dən yüksək olan şagirdlərin sayı da göstərilib - 94 nəfər. Qızdırmalı uşaqların hamısında “korona” olması haqqında düşünməyək. Çünki indi mövsümi viruslar da ayaq açıb. Təsdiqlənmiş diaqnozlu uşaqlar harda oxuyur? Harda yoluxublar? Hansı siniflər distant təhsilə keçib?
Bu məsələləri valideynlər bilməlidir, həkimlər də bilməlidir. Məsələn, mən bilməliyəm ki, qızdırma ilə həkim qəbuluna gələn uşağın həmin məktəblə hansısa əlaqəsi var, ya yox? O başqa uşaqlarla konraktda olub, ya yox?
Çətin iş deyil ki! Hamını təşvişə salmağın nə mənası var?
Təhsil eksperti Kamran Əsədov da şagirdlərin məktəbdə, yaxud hansısa başqa şəraitdə virusa yoluxduğunun (əgər onlarda virus aşkarlanıbsa) müəyyənləşməli olduğunu bildirib:
- Son 3 gündür ki, Təhsil Nazirliyi təhsil sahəsində koronavirusa yoluxanların statistik məlumatlar paylaşır.
Əslində Təhsil Nazirliyi bunu edən ilk qurumdur. Onların bunu etməkdə məqsədi heç də təhsil alan şagirdləri, onların valideynlərini təşvişdə saxlamaq deyil. Əksinə, məsələnin tam şəkildə nəzarətdə saxlanılmasını göstərməkdir.
Bəs, burada sual çıxır ki, şagirdlər məktəbdə yoluxub, yoxsa məktəbə qədər yoluxub.
Axı indiyə qədər yoluxma dalğasının hətta ən pik nöqtəsində belə şagirdlərə, azyaşlı uşaqlara çox nadir hallarda rast gəlinirdi. İndi isə 8 gündür tədris ili başlayıb və 200-dən çox şagirdin və müəllimin yoxlamasını əks etdirən rəsmi rəqəmlər var.
Məsələ budur ki, şagirdlər indiyə qədər hər hansı bir testin və ya yoxlamanın predmeti olmayıb və indiyə qədər azyaşlıları yoxlamaq, testə salmaq heç kim tərəfindən həyata keçirilməyib.
Amma indi hər gün məktəbə daxil olan zaman şagirdlərin istiliyi yoxlanır. Hərarəti olan şagirdlər, müəllimlər test və müayinəyə cəlb edilir, bundan sonra virus aşkar edilənlər tədris prosesindən kənarlaşdırılır.
Şagirdlər və müəllimlər arasında koronavirusa yoluxanların olması qaçılmaz idi. Bu, bütün dünyada var. Məsələ onun geniş yayılmasının qarşısını almaqdır.
Çox təəssüf ki, yoluxmalarda günahkar iki tərəfdir. Birincisi, valideynlər, ikincisi məktəblər.
Valideynlər ona görə günahkardır ki, övladlarını məktəbə yola salanda binanın qarşısında böyük sıxlıq yaradırlar və ara məsafəsi gözlənilmir.
Məktəblər ona görə günahkardır ki, yalnız bir giriş və çıxışdan istifadə olunur və nəticədə sıxlıq yaranır.
Əlbəttə ki, yoluxma halları nəzarət çərçivəsindən çıxsa, sərt tədbirlər həyata keçirilə bilər. Amma bu, tədrisin tam dayanması ilə nəticələnməməlidir. Çünki biz bütün hallarda, virus ilə yaşamağa məcburuq.
Qapanma ilə yalnız sayı azaltmaq mümkündür, məsələnin həlli üçün bu yetərli deyil.
Ekspert təklif edir ki, məktəblərdə qoruyucu maskalardan istifadə şagirdlər üçün məcburi olsun, çagirdlər əllərini hər tənəffüs zamanı yusunlar və məktəblərdə müəllim və şagirdlər bir yox, bir neçə giriş və çıxışdan istifadə etsinlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Novxanıda gizli narkobunker aşkarlandı - VİDEO
16:54 08.06.2026
Hadisə
Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir - EKSPERT
16:52 08.06.2026
Texnologiya
Şuşa ilə bağlı mühüm təklif: Bu, qadağan edilir
16:40 08.06.2026
Mədəniyyət
Toylardakı şabaşdan Rəşad Dağlıya da göndəririk - Xosrov
16:20 08.06.2026
Cəmiyyət
Azərbaycanda bu tarixdə evlənənlərin sayı rekord vurdu
15:54 08.06.2026
Cəmiyyət
İran İsrailə qarşı əməliyyatları dayandırdı
15:54 08.06.2026
Gündəm
İsrail Güneyin bu şəhərini vurdu
15:33 08.06.2026
Dünya
Lisey və gimnaziyalara qəbul başlayır
14:53 08.06.2026
Elm və Təhsil
İranla yeni döyüş bu qədər çəkəcək - İsrail
14:27 08.06.2026
Gündəm
Leyen Paşinyanı təbrik etdi: "Bizə etibar edə bilərsiniz"
14:19 08.06.2026
Gündəm
Zeynəbin anası: Beş gündür qızımdan xəbərim yoxdur
14:03 08.06.2026
Cəmiyyət
Hacıqabulda açıq ərazidə təkər tullantıları yanır
14:01 08.06.2026
Hadisə
Xızı-Altıağac yolu çökdü
13:57 08.06.2026
Hadisə
Aziz Yıldırımın hücumçu planı: Muriqi və Qirassi hədəfdə
13:47 08.06.2026
Futbol
Tramp: İsrail və İran hücumları dərhal dayandırmalıdır
13:46 08.06.2026
Gündəm
Qaxda 1 ton çətənə kolu məhv edilib
13:26 08.06.2026
Hadisə