“Bu insanlar virusa ikinci dəfə yoluxmayacaq...” – Seroloji testlər göstərir
Şəymən Bayramova
15:19 19.08.2020
Cəmiyyət
784
“Yoluxsa belə xəstəliyi daha yüngül keçirəcək”
"Odur ki, əhali ilə təmasda olan qrupun seroloji tesdən keçməsi tövsiyə olunur”
Ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanıb.
Testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir.
Bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayı müəyyənləşəcək.
Seroloji testlər əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək.
Mütəxəssislərin dediyinə görə, insan viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülallar – anticisimlər yaranır. Viruslara qarşı anticisimlərin formalaşması üçün müəyyən vaxt tələb olunur. Digər tərəfdən, formalaşmış immunitetin bədəndə qalması daimi deyil, müvəqqəti ola bilər. Ona görə də,seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir.
İnfeksionist-hepatoloq Mərdan Əliyev"Sherg.az"a açıqlamasında əvvəldən bu məsələnin həkimlərin diqqətində olduğunu deyib. Onun sözlərinə görə, seroloji testlər bizə nə qədər insanın koronavirusa yoluxması və immunitet qazanması barədə məlumat əldə etməyə imkan verəcək:
"Bu isə xəstəliyin sonrakı mərhələləri və ya ikinci dalğa üçün proqnoztik əhəmiyyət daşıyır. Əldə edilən nəticələr əsasında xəstəliyin sonrakı gedişi barədə məlumat öyrənmək mümkün olacaq.
Bu mənada seroloji testlər əhəmiyyət kəsb edir. Seroloji testlərdə immunoqlobulin C və M yoxlanılır. İmmunoqlobulin C pozitiv olanlar immunitet qazanmış hesab olunur.
Deməli, bu insanlar virusa ikinci dəfə yoluxmayacaq, yoluxsa belə xəstəliyi daha yüngül keçirəcək. Testlərin kütləvi şəkildə tətbiq olunması nəzərdə tutulsa da, ilk növbədə aktiv əhali qrupuna daxil olan həkimlər, polislər, jurnalistlərin bu testdən keçməsi daha məqsədəuyğun hesab olunur.
Virusa yoluxanların əsas hissəsi həkimlər, polislər və mətbuat işçiləri idi. Odur ki, əhali ilə təmasda olan qrupun seroloji tesdən keçməsi tövsiyə olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi