Bu məscidlərə din xadimləri seçildi

Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) fevralın 26-da vakant vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticələri açıqlanıb.

Bu barədə Sherg.az-aDini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, vakant vəzifələrin tutulması üçün keçirilən müsahibədə 16 namizəddən biri iştirak etməyib:

"Digər 15 nəfərdən yeddisi müsahibədən keçib, səkkizi isə zəruri keçid balını toplaya bilməyib".

Bununla da Şəki və Şirvandakı bəzi məscidlərə yeni din xadimləri seçilib.