Bu, sevgi deyil, nadanlıq və harınlıqdır - SOSİOLOQ
19:15 05.11.2025
Cəmiyyət
616
50 yaşlı kişinin 17 yaşlı qızı qaçırması cəmiyyətə meydan oxumaqdır
“Savadsızlıq və dar dünyagörüş insanı alçaq əməllərə sürükləyir”
“Savadsızlıq böyük bəladır. İnsanı ən müxtəlif əyri yollara çəkə, alçaq əməllərə sövq edə blər. İnsanın dünyagörüşü dardırsa, onun atdığı addımlar da buna uyğun olacaq”.
Bu sözləri Sherg.az-a açıqlamasında sosioloq Mail Yaqub Balakəndə 50 yaşlı kişinin 17 yaşlı qızı qaçırmasının mümkün səbəbləri barədə danışarkən söyləyib. Xatıraldaq ki, Balakən rayonunda 17 yaşlı qızın naməlum şəxslər tərəfindən oğurlanması barədə polisə məlumat daxil olduqdan sonra Balakən Rayon Polis Şöbəsinin əməkdaşları təxirəsalınmaz əməliyyat həyata keçirib. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar. Zərərçəkmiş yeniyetmə isə polis əməkdaşları tərəfindən gizlədildiyi ünvandan aşkar olunaraq ailə üzvlərinə təhvil verilib. Araşdırmalarla Samir Rəhimovun bir neçə gün əvvəl xarici ölkədən gələrək digər saxlanılanlarla birlikdə xanımı izlədiyi və evlənmək məqsədilə onu oğurladığı müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatında qeyd olunur.
50 yaşlı kişinin 17 yaşlı qızı qaçırması və onunla evlənmək istəyi necə bir psixoloji-sosioloji vəziyyətdə yarana bilər? Sosioloq Mail Yaqubla bu mövzunu çözməyə çalışdıq. Mail Yaqub qeyd etdi ki, Azərbaycan qanunvericiliyinə görə nikaha daxil olma yaşı 18 müəyyənləşib və 18 yaşdan kiçik şəxsin və ya həmin şəxslə nikaha daxil olmaq qanuna ziddir:
- Bu, məsələnin hüquqi tərəfidir. Gələk milli dəyərlər tərəfinə. 50 yaşlı bir kişinin övladı, qızı yaşında olan yeniyetməni qaçırması, onunla evlənmək istəməsi milli dəyərlərimizə, adət-ənənəmizə ziddir. Bunu hamı təsdiqləyər. Hansı psixoloji səbəblər ortada olur ki 50 yaşlı kişi qızı yaşında olan yeniyetməni qaçırıb onunla nikah bağlamaq istəyir? Burda bir neçə səbəb ola bilər. Birincisi, insanın savadsız, intrellektsiz olmasıdır. Savadsızlıq böyük bəladır. İnsanı ən müxtəlif əyri yollara çəkə bilər, alçaq əməllərə sövq edə blər. İnsanın dünyagörüşü dardırsa, onun atdığı addımlar da buna uyğun olacaq. İnsan adət-ənənədən, milli mentalitetdən nəsibini almayıbsa, mədəni insan deyilsə, ondan hər cür nalayiq hərəkət gözləmək olar. Belə insanlar cəmiyyətə, insani dəyərlərə həqarət edənlərdir. Bu, cəmiyyətə meydan oxumaqdır. Belələri harın insanlardır. Bilirlər ki qanuna zidd hərəkətdir, amma o qədər harınlayıb ki lovğalıq edir, sübut etmək istəyir ki “belə kişiyəm”. Ola bilsin pulu çoxdur, maddi imkanı genişdir. Bunları nəzəri baxımdan deyirəm, çünki həmin adamı şəxsən tanımırıq, törətdiyi əmələ görə təhlil aparırıq. Törətfdiyi əməl isə məhz qanuna və milli dəyərlərə də zidd olduğu üçün bu insanın intellektsiz, dar dünyagörüşlü, lovğa, özündən razı, müştəbeh, ictimai qaydalara etinasız qalan, nadan birisi olduğunu zənn etməyə əsas verir. Bu şəxs maddi imkanından istifadə edib bu addımı atır, bir neçə nəfəri də özünə “köməkçi” təyin edir.
M.Yaqub qeyd etdi ki, qanunazidd əməllərə qarşı hüquq mexanizmi ciddi olmalı, cəza daağır olmalıdır:
- Qanunu pozanlar zənn etməməlidir ki, cərimə ödəyəcək, bununla da iş bağlanacaq, məsələ bitəcək və o, azad olacaq. Ağır cəzalar bir çox hallarda cinayətlərin qarşısını alır. İnsanlar ağır cəza alacaqlarına əmin olduqda qanunu pozmaqdan çəkinirlər. İctimai qınaq da artmalıdır. Bizdə ictimai qınaq çox zəifdir. Sosal şəbəkələrə baxın, ciddi psxiloji-mənəvi söhbətlər az aparılır. Olanlar da nağıldır, elmi əsaslara söykənmir. Ciddi addımlar atılsa bu kimi cinayətlərn qarşısı alınar. Erkən nikahların artmasında 2 ciddi amil təsir edir: biri savadsızlıq, digəri isə maddi sıxıntı. Valideynlər bəzən övladlarını imkansızlıqdan erkən yaşda evləndirmək istəyirlər. Ailə qızını inkanlı bir ailəyə ərə verməyə razılaşır. Burada da ailənin, valideynlərin savadsızlığı, dar dünyagörüşlü olmaları rol oynayır. İnsanların savadı artırılmalı, cəmiyyətimiz kitaba yönəldilməlidir. İqtisadi vəziyyət də düzəlməlidir ki, ailələr övladlarını erkən yaşda evləndirməyə cəhd etməsinlər. Bu iki məsələdə irəliləyiş əldə etsək, bir çox cinayətlərin, eləcə də erkən nikahların qarşısı alınacaq.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya