"Bu stansiya bizim əsas enerji mənbəyimizdir" - İlham Əliyev
09:38 21.08.2020
Cəmiyyət
522
“Bu gün ölkəmizin elektroenergetika sahəsində növbəti önəmli addım atılır. “Qobu” Elektrik Stansiyasının təməl daşını qoyduq. Əminəm ki, bu stansiyanın tikintisi uğurla gedəcək və nəzərdə tutulmuş vaxtda – 2022-ci ilin əvvəlində stansiya tam istifadəyə veriləcəkdir. Bu, bizim enerji potensialımızın gücləndirilməsi istiqamətində çox önəmli addımdır. Stansiyanın generasiya gücü 385 meqavatdır. Bu, ölkəmizdə tikilən böyük stansiyalar arasında öz yerini tapacaq”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanışlıq və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlinin atılması ilə bağlı tədbirdə çıxış edərkən deyib.
Dövlət başçısı bildirib ki, yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür: “Çünki enerji sistemimizin müasirləşdirilməsi ölkəmizin ümumi inkişafı ilə uzlaşır və bütün işlər planlı şəkildə aparılır.
Son iki il ərzində 1300 meqavata qədər itirilmiş generasiya gücləri mövcud stansiyalarda bərpa edilmişdir. Ən böyük işlər Mingəçevir İstilik Elektrik Stansiyasında görülmüşdür. Orada 600 meqavat generasiya gücü bərpa edildi və bu gün 2400 meqavat gücündə tam gücü ilə işləyən bu stansiya bizim əsas enerji mənbəyimizdir. Bu stansiyanın ömrü uzadıldı və bundan sonra onilliklər ərzində bizə xidmət göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qarabağda məskunlaşmanın əsas şərti ev yox, işdir - Akif Nəsirli
13:13 10.09.2026
Qarabağ
Mеğri icma rəhbəri həbs edildi
12:53 10.09.2026
Region
İngiltərə millisinin sabiq üzvü "Milan"dan ayrılır
12:47 10.09.2026
Futbol
Rusiya hərbi təyyarələri Hindistana enib
12:25 10.09.2026
Dünya
Dünya avqust ayında tarixdəki ən isti ayı yaşayıb
12:07 10.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevdə dron anbarına zərbə endirib
12:03 10.09.2026
Dünya
Məqsədli büdcə fondları ləğv ediləcək
11:57 10.09.2026
İqtisadiyyat
AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb
11:50 10.09.2026
Aktual
İsrail ordusu Qəzzada HƏMAS-a məxsus 3 silah anbarını məhv edib
11:40 10.09.2026
Dünya
II Qareginin işi üzrə məhkəmə iclasının tarixi açıqlanıb
11:17 10.09.2026
Region
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərildi
11:05 10.09.2026
İqtisadiyyat
Trampdan amerikalılara 5 min dollarlıq vəd
10:47 10.09.2026
Gündəm
Anna Akopyan hakim fraksiya ilə görüşəcək
10:15 10.09.2026
Region
“Qarabağ”dan ayrılan Zubir yeni komandasında debüt etdi
10:09 10.09.2026
Futbol
Xocalı rayonunda mina partlayıb, bir nəfər xəsarət alıb
09:52 10.09.2026
Hadisə