İsrarla Rusiya, ABŞ və Fransadan yardım dilənən İrəvan hökuməti “narahatlığa əsas yoxdur” cavabından başqa heç bir dəstək ala bilmir. Əslində, ermənilər tarixən həm Türkiyəyə, həm də Azərbaycana o qədər haqsızlıq, xəyanət ediblər ki, nə vaxtsa bunun layiqli cavabını alacağını yaxşı bilirlər. Erməni general Ter-Tadevosyan deyib ki, İkinci Dünya müharibəsindən sonra Türkiyənin bu qədər aktivləşməsini görən olmayıb. Tadevosyan Türkiyə-Azərbaycan təliminin Tovuz hadisələrindən dərhal sonra başlamasını təsadüf hesab etmədiyini bildirib: “Son hadisələr KTMT-nin Ermənistanı müdafiə etməyəcəyini göstərdi. Rusiyanın həmişə bizim taleyimizdə müsbət rol oynadığını deyə bilmərəm, amma başqa dostumuz yoxdur. Deyəsən, Ermənistan tək qalıb. Türkiyə istənilən vaxt öz proqramını həyata keçirə bilər.
Budəfəki hərbi təlimlər çox fərqlidir
Turan
08:16 31.07.2020
Cəmiyyət
891
Ermənilər özləri də etiraf edir ki, Türkiyənin bu qədər aktivləşməsini görən olmayıb
Ermənistan meydanda təkdir, çünki sonuna qədər haqsızdır
Ermənilər tarix boyu Azərbaycan-Türkiyə vəhdətindən təşvişə düşüb, bu birlikdən ehtiyatlanıblar. İndi də həmin proses təkrarlanır. Qardaş ölkənin son günlər sərgilədiyi qətiyyətli mövqe, əməli addımlar və birgə hərbi təlimlər işğalçı Ermənistanı əməlli-başlı vahimələndirir. Türkiyənin Azərbaycana ordu göndərməsini “təxribat” kimi qələmə verməyə çalışan düşmən ölkə öz havadarlarına şikayət edərək regionda təkləndiklərini və Rusiyadan yetərli dəstək almadıqlarını deyirlər.
İsrarla Rusiya, ABŞ və Fransadan yardım dilənən İrəvan hökuməti “narahatlığa əsas yoxdur” cavabından başqa heç bir dəstək ala bilmir. Əslində, ermənilər tarixən həm Türkiyəyə, həm də Azərbaycana o qədər haqsızlıq, xəyanət ediblər ki, nə vaxtsa bunun layiqli cavabını alacağını yaxşı bilirlər. Erməni general Ter-Tadevosyan deyib ki, İkinci Dünya müharibəsindən sonra Türkiyənin bu qədər aktivləşməsini görən olmayıb. Tadevosyan Türkiyə-Azərbaycan təliminin Tovuz hadisələrindən dərhal sonra başlamasını təsadüf hesab etmədiyini bildirib: “Son hadisələr KTMT-nin Ermənistanı müdafiə etməyəcəyini göstərdi. Rusiyanın həmişə bizim taleyimizdə müsbət rol oynadığını deyə bilmərəm, amma başqa dostumuz yoxdur. Deyəsən, Ermənistan tək qalıb. Türkiyə istənilən vaxt öz proqramını həyata keçirə bilər.
O, Rusiya və KTMT-nin “yoxlamadan çıxmamasından” məyus olduğunu söyləyib. Keçmiş prezident Robert Koçaryan da Türkiyə-Azərbaycan hərbi əməkdaşlığından narahatlığını gizlətməyib. O bildirib ki, NATO-nun ən güclü ordularından birinə sahib Türkiyə aşkar güc nümayişi olaraq Azərbaycanla təlimlər keçirir: “Türkiyənin ambisiyaları 10-15 il əvvəllə müqayisədə indi fərqlidir. Bununla hesablaşmaq lazımdır”.
Düşmən ölkənin narahatlığını “Şərq”ə təhlil edən Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib ki, Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Ermənistana və onun arxasındakı güclərə açıq mesajdır. Ə.Şahidovun sözlərinə görə, qardaş ölkə ilə mütəmadi hərbi təlimlər keçirilsə də, budəfəki təlimlər miqyası baxımından əvvəlkilərdən çox fərqlənir:
“Hərbi kontingentin sayının çox olması, birgə təlimlərin hücum xarakteri daşıması və ən əsası isə indiki dövrə təsadüf etməsi İrəvanı təşvişə salmaya bilməz. Ermənistan hökumətinin KTMT üzvləri, xüsusən Rusiya ilə apardığı “dəstək axtarışı” danışıqları nəticə vermir. Təşkilat üzvlərinin demək olar ki, hamısı ilə rəsmi Bakının güclü ələqələri, əməkdaşlığı var. Qonşu Rusiya ilə də Azərbaycan strateji tərəfdaşdır. Moskva açıq şəkildə Ermənistana dəstək verərək Azərbaycana cəbhə açmaz. Kremlin ehtiyatlı davranmasında Türkiyə amili də böyük rol oynayır. Ankara indiyədək bir neçə qaynar nöqtədə Rusiya ilə üz-üzə gəlib və qalib ayrılıb.
Moskva bu faktı gözardı etmir və Türkiyənin hansı həddə qədər mübarizə aparacağını yaxşı bilir. İrəvan hökuməti bunun fərqində olduğuna görə, Rusiyadan əlini üzür və tək qaldığını etiraf edir.
Onu da nəzərə almaq lazımdır ki, Suriya və Liviya məsələsində qətiyyətli mövqe sərgiləyən Türkiyə dost-qardaş bildiyi Azərbaycanın maraqları üçün bir addım belə geri çəkilməz. Burada Türkiyənin regional siyasi-iqtisadi maraqlarından əlavə iki qardaş ölkə arasında mənəvi bağlılıq da mühüm rol oynayır. Artıq Cənubi Qafqazda Türkiyə özü “vuruşur”. Bu da təbii ki, Azərbaycana güc verir, bizim siyasi duruşumuzda, hərbi qüdrətimizin artırılmasında müstəsna əhəmiyyət kəsb edir”.
Ə.Şahidov hesab edir ki, düşmən tərəfin öz havadarlarına üz tutmaq cəhdləri fayda verməyəcək:
“Ermənilər həmsədrlərlə danışıqlar aparır və uydurma səbəblər irəli sürərək Azərbaycanı hərbi təlimlərdən çəkindirmək yönündə çağırış edilməsini tələb edirlər. Şübhəsiz ki, bu çağırışların heç bir faydası olmayacaq. Ermənistan meydanda təkdir, çünki sonuna qədər haqsızdır. Düşmən ölkə tək-tənha qaldığının tamamilə fərqinə varacaq və ümid bəslədəyi heç bir ölkədən dəstək görməyəcək. Bu vəziyyət düşmən ölkənin sonunu yaxınlaşdırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm