Bütün dünya görür !- “Azərbaycan humanist ölkədir, beynəlxalq hüquqa hörmətlə yanaşır”
Fidan Həmişəyeva
13:32 10.10.2020
Cəmiyyət
717
Bu günlərdə Prezident İlham Əliyev Dağlıq Qarabağ müharibəsi ilə bağlı müxtəlif televiziya kanallarına verdiyi müsahibəsində mühüm məqamlara toxunub. Ölkə başçsı düşmənin beynəlxalq hüququn bütün norma və prinsiplərini pozduğunu diqqətə çatdırıb.
Prezident “Euronews” televiziya kanalına müsahibəsində bildirib ki, Ermənistan silahları pulsuz əldə edir. Azərbaycan isə silahlara görə pul ödəyir:
“Bizim muzdlulara ehtiyacımız yoxdur. Azərbaycan Ordusu güclü ordudur, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Ehtiyatda olanlar, döyüşə hazır olan digər hərbiləşdirilmiş dəstələr nəzərə alınmasa, Azərbaycanın nizami ordusunda 100 min döyüşçü var. Bu günə kimi bütün foto və video görüntülərdə Azərbaycanın artilleriyasının, pilotsuz uçuş aparatlarının necə işləməsi, azərbaycanlı əsgər və zabitlərin işğaldan azad edilmiş torpaqlarda bayraqlarımızı necə ucaltmaları görünür. Azərbaycan tərəfindən muzdluların döyüşdüyünü təsdiq edən heç bir fakt yoxdur. Buna görə də bu ittihamlar əsassızdır, və beynəlxalq ictimai rəylə manipulyasiya məqsədi daşıyır”.
İqtisad elmləri doktoru, professor, millət vəkili Rüfət Quliyev“Sherg.az” açıqlamasında bildirib ki, Azərbaycan Ordusu ən müasir silahlarla təchiz edilib. Professor qeyd edib ki, Azərbaycanın hazırlıqlı və peşəkar ordusu var:
“Ölkə başçısı bütün çıxışlarında vurğulayır ki, heç kəs Dağlıq Qarabağ münaqişəsinə qarışmasın, biz məsələni Ermənistanla təkbətək həll edəcəyik. İndi həmin məqamdır. Düzdür, bizə təzyiqlər göstərib ittihamlar irəli sürürlər, hətta böhtan atırlar. Lakin bu yalanların hamısı üzə çıxır.
Bir məsələni xüsusilə demək istəyirəm ki, biz müraciət edəndə azərbaycanlı vətəndaşlar deyirik. Yəni Qarabağda yaşayan erməniləri öz vətəndaşımız sayırıq. Konstitutsiya ilə onlara imkan yaradılacağını, onların Qarabağda yaşayacağını vurğulayırıq. Bütün dünya da görür ki, Azərbaycan dövləti və başçısı humanistdir və beynəlxalq hüquqa hörmətlə yanaşır”.
R.Quliyev söyləyib ki, düşmənin torpaqlarımızı tərk etməməsi bir yana, bəzi bölgələrimizi atəşə tuturlar:
“Qarabağda gedən döyüşlər çərçivəsində, legitim formada düşmənin cavabını verməliyik. Ordumuz Ermənistanın torpağında deyil, öz torpağındadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət