Deputatın fikrincə, koronavirus pandemiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə dövlət bütün resurslarını səfərbər edib:
“Bütün qadağalar insanların sağlamlığı üçündür”
Şəymən Bayramova
09:52 05.06.2020
Cəmiyyət
870
“Ona görə hamımız Operativ Qətargahın bütün tələb və tövsüyyələrinə müzakirəsiz əməl etməliyik"
"Dövlət tərəfindən koronavirus pandemiyasına qarşı hər cür zəruri addımlar atılsa da, bəzi insanların məsuliyyətsizliyi, qərarlara riayət edilməməsi, tibbi vasitələrdən istifadə edilməməsi əldə edilən pozitiv nəticənin qorunmasına imkan vermədi".
Bu sözləri “Sherg.az”a millət vəkili Azər Badamov deyib.
Deputatın fikrincə, koronavirus pandemiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə dövlət bütün resurslarını səfərbər edib:
"Məhz vaxtında başlanmış ciddi mübarizə tədbirləri sayəsində sərt karantin rejimi dövründə effektiv nəticələrə gətirib çıxarmışdı. Lakin aprelin 27-dən karantin rejimində tətbiq edilən yumşalmalar insanların hərəkətlərində sərbəstlik yaratmağa başladı. Operativ Qəragahın tələbləri hamı üçün məcburi olsa da, bəzi vətəndaşlarımız məsuliyyətsizlik göstərərək bu tələblərə əməl etmədi.
Nəticədə isə COVİD -19 infeksiyasının yoluxma sürəti artmağa başladı. Son günlərin yoluxma dinamikası yeni sərtləşdirmə qərarlarının qəbul olunmasını şərtləndirib. İnzibati Xətalar məcəlləsinə 211.2 maddəsini daxil etməklə cərimə metodundan istifafə olunması zərurətə çevrilib. Operativ Qərargahın qərarı ilə artıq 6-7 iyun tarixlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda insanların hərəkətinə tam məhdudiyyət tətbiq olunur.
Düşünürəm ki, belə bir addımın atılması zərurət idi. Biz bilməliyik ki, dövlətin tətbiq etdiyi bütün qadağalar insanların sağlamlığı üçündür. Ona görə hamımız Operativ Qətargahın bütün tələb və tövsüyyələrinə müzakirəsiz əməl etməliyik".
Karantin rejiminin hələ də davam etdiyini vurğulayan A.Badamov deyib ki, müəyyən yumşalmalar olsa da bu rejimin tələbləri hələ də aktualdır:
"Tibbi maska, sosial məsafənin gözlənilməsi və şəxsi gigiyena qaydalarının icrasını səngitməməliyik. Vətəndaşların çoxunda elə fikir formalaşdı ki, guya karantin rejimi bitib və ya pandemiya yoxdur. Bu, heç də doğru deyil. Çünki yoluxmaların dinamikasındakı artımlar onu göstərir ki, ciddi şəkildə karantin rejiminə əməl olunmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə