“Bütün qərarlar vətəndaşları virusdan qorumağa xidmət edir”
Fidan Həmişəyeva
14:12 09.06.2020
Cəmiyyət
757
“Bu qərarlar insanlarımızın daha məsuliyyətli olmasına və pandemiya ilə mübarizənin daha da güclənməsinə kömək edəcək”
Ölkəmizdə karantin rejiminin tətbiqi davam edir. Sosial məsafənin gözlənilməsi və maskalardan istifadə ilə bağlı problem hələ də yaşanmaqdadır.
Tibbi maskalardan istifadə, sosial məsafənin saxlanması, lazım olmadığı müddətdə çölə çıxmamağın zəruriliyi bütün vətəndaşlarımızın nəzərinə çatdırılır. Təəssüf ki, tələb olunan qaydalara əməl edənlər kimi, pandemiyanı ciddiyə almayanlar, qaydaları pozanlar da var.
Millət vəkili Müşfiq Məmmədli “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycan dövləti pandemiya ilə mübarizədə digər dünya ölkələrinə örnək olacaq addımlar atır:
“Təbii ki, koronavirus pandemiyası hər bir ölkənin sosial-iqtisadi həyatına da özünün mənfi təsirini göstərib və göstərməkdədir. Bu baxımdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiyanın ölkə iqtisadiyyatına və insanların sosial vəziyyətinə təsirini minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirilir. Təəssüflə qeyd etməliyik ki, xüsusi karantin rejiminin yumşaldılmasının ardından ölkəmizdə bu infeksiyaya yoluxma halları yenidən artıb. Bunun başlıca səbəbi isə vətəndaşların məsələyə qeyri-ciddi yanaşmasındadır”.
Deputat qeyd edib ki, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından birbaşa asılıdır:
“Rəsmi qurumların da açıqladığı kimi, fiziki məsafənin gözlənilməməsi, tibbi maskalardan istifadə olunmaması, növbələrin gözlənilməməsi, bütün bunlar son günlərdə ölkədə koronavirusun sürətli yayılmasının əsas səbəbidir. Son günlərdə yoluxma sayının artması yenidən bəzi qadağaların tətbiqi məsələsini gündəmə gətirdi. Hökümət bu istiqamətdə müəyyən qərarlar qəbul etməyə məcbur oldu”.
M.Məmmədli bildirib ki, pandemiya şəraitində təhlükəli virusdan qorumağın ən effektiv üsulu tibbi maskalardan istifadə etməkdir:
“Çünki tibbi maska həm COVİD-19 daşıyıcılarının ətrafa virus yaymalarının qarşısını alır, həm də onlarla təmasda olan, yaxın məsafədə dayanan insanların burun, ağız və müəyyən dərəcədə də üz nayihələrinə virus düşməsinə imkan vermir. Hökumət tərəfindən qəbul edilən qərarlar çox vacibdir və vətəndaşları virusdan qorumağa xidmət edir. Bu qərarlar insanlarımızın daha məsuliyyətli olmasına və pandemiya ilə mübarizənin daha da güclənməsinə kömək edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm