Daxili xəstəliklər və kardiologiya üzrə mütəxəssis, professor Canan Karatay Ramazan ayı ilə bağlı qidalanma tövsiyələrini açıqlayıb. O, iftardan sonra yaranan baş ağrısı və gərginliyin azalması üçün bir fincan türk qəhvəsi içməyi məsləhət görüb.
Sherg.az xəbər verir ki, Karatayın sözlərinə görə, uzunmüddətli aclıqdan sonra orqanizmdə kofein çatışmazlığı yarana bilər və iftardan sonra içilən türk qəhvəsi:
gərginliyi azaldır,
baş ağrısının qarşısını alır,
maddələr mübadiləsini və həzmi dəstəkləyir.
Karatay bildirib ki, gündə iki dəfə qidalanmaq insan fiziologiyası üçün daha uyğundur və Ramazan bədənin “özünü bərpa etməsi” üçün fürsətdir.
Sahur üçün tövsiyələr
Kənd yumurtası (omlet), kərə yağı
Zeytun, qoz-fındıq
Tam yağlı pendir
Şəkərli içkilər, emal olunmuş qidalar və ağ çörəkdən uzaq durmaq
İftar üçün tövsiyələr
Paça, mərcimək və ya tarhana şorbası
Bol su
Zeytun yağlı yeməklər
Qazlı içkilər, ağır şirniyyatlar və həddindən artıq pide məsləhət görülmür
Vacib xəbərdarlıqlar
İftara yaxın baş ağrısının əsas səbəbi çox vaxt aclıq deyil, susuzluqdur.
Çörək, şəkər və paketli qidalar tez acdırır, zülal və sağlam yağlar isə tox saxlayır.
Orucu şorba ilə açdıqdan sonra yeməyə qısa fasilə vermək mədə problemlərinin qarşısını alır.