Canan Karatayın həyat yoldaşı 78 yaşında vəfat edib

Səhiyyə sahəsində ənənəvi fikirləri sarsıdan açıqlamaları ilə tanınan, daxili xəstəliklər üzrə mütəxəssis, professor Canan Karatayın həyat yoldaşı Dr. Ali Başak Karatay vəfat edib.

Sherg.az xəbər verir ki, 78 yaşında dünyasını dəyişən Karatay üçün sabah dəfn mərasimi keçiriləcək.

Karatay ailəsi Dr. Ali Başak Karatayın dəfn proqramı ilə bağlı açıqlama yayıb. Bildirilib ki, mərhum 26 noyabr 2025-ci il, çərşənbə günü, Moda məscidində qılınacaq zöhr namazından sonra Nakkaştepe qəbiristanlığındakı ailə məzarlığında dəfn olunacaq.

Karatay ailəsi Dr. Ali Başak Karatay üçün qəzetdə ölüm elanının yayımlandığını da açıqlayıb.

1947-ci ildə İstanbulda anadan olan Ali Başak Karatay, Boğaziçi Universiteti Fəlsəfə Bölməsinin qurucuları arasında yer alır.