Çaşqınlıq yaratmaq olmaz: Mövsümi virusla koronavirusu eyniləşdirmək doğru deyil
Şəymən Bayramova
10:30 06.02.2020
Cəmiyyət
841
“Mövsümlə əlaqədar yayılmış kəskin respirator viruslar zamanı da ölüm faktları qeydə alınır”
2019-cu ilin sonlarında və bu ilin əvvəlində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 7-8 nəfərin ölməsi cəmiyyət arasında ciddi müzakirələrə səbəb olmaqla bərabər, narahatlıq yaradıb. Hüquqşünas Samir Zeynalov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı bir sıra iddialar irəli sürüb.
S.Zeynalov deyib ki, institutda həkim-reanimatoloq yoxdur və ağır xəstələri tibb bacıları və təmizliyə baxan personal qəbul edir. Digər bir iddia isə ölüm hallarına səbəb, Çində tüğyan edən koronavirusdur. Sosial şəbəkə qruplarında bu məsələ ciddi müzakirəyə səbəb olub və insanlarda xof yaradıb.
Tibb eksperti Adil Qeybullanın "Şərq"ə açıqlamasına görə, mövsümlə əlaqədar yayılmış kəskin respirator viruslar zamanı ölüm faktları qeydə alınır:
"Ortada rəsmi məlumat olmadığı üçün biz əmin ola bilmərik. Xəstənin nəfəs yolundan götürülən yaxmalar vasitəsilə virus identifikasiya olunmasa, 1 milyon adam da ölsə, biz buna səbəb kimi bu "2019-nVoC” koronavirusu göstərə bilmərik". Azərbaycanın bu təhlükəli virusdan sığortalanmadığını qeyd edən
A.Qeybullanın sözlərinə görə, insanların həmin xəstəliyə yoluxması tam realdır:
"Azərbaycanla Çin arasında ticarət əlaqələri mövcuddur. Ora gedib-gələn vətəndaşlarımız var. Həmin şəxslər vasitəsilə infeksiyanın ölkəmizə daşınması mümkündür. Sadəcə, bizdə olan natamamlıq kompleksi bunu etiraf etməyə, karantin tədbirləri görməyə imkan vermir. Əhaliyə kifayət qədər məlumat verilib, maarifləndirmə işləri aparılmır. Nəzərə almaq lazımdır ki, virus mövsümi xəstəliklərdə olduğu kimi hava-damcı yolu ilə yoluxur. Ağırlaşması nəticəsində pnevmoniya yaranır və ağciyər-ürək çatışmazlığından insanlar dünyasını dəyişir. Hətta soyuqdəymə xəstəliyi olan, özünü narahat hiss edən, yuxarı tənəffüs yollarının qıcıqlanması, öskürək, hərarət, qrip kimi hallar olduqda, mütləq yataq rejiminə keçmək və həkim çağırmaq lazımdır. Çoxlu maye qəbul edilməlidir. Özbaşına antibiotik vurdurmaq və ya dərman qəbul etmək çox təhlükəlidir. Həkim məsləhəti ilə müvafiq addımlar atılmalıdır. Nə qədər ki, ortada koronavirus söhbəti var, insanlar bu nüanslara əməl etməlidir”.
Həkimin sözlərinə görə, Çin kimi normal səhiyyəsi olan bir ölkə bu virus qarşısında aciz qalıbsa, deməli, real addımlar atmaq labüddür. Hüquqşünasın həkim-reanimatoloq çatışmazlığı ilə bağlı iddiasına gəldikdə isə A.Qeybulla bu barədə konkret bir fikir bildirməyib: "Onsuz da o xəstəxanaya müraciət edən xəstələr ağır vəziyyətdə olurlar. Mövsümi xəstəliklərin sağalması xəstənin yaşından, immun sistemindən və yanaşı xəstəliklərindən asılıdır. Xəstəliyə yoluxan insanlar rejim gözləməlidir. Ölən xəstələrin vaxtında həkimə müraciət edib, müalicə olunub-olunmadığı araşdırılmalıdır. Hər bir xəstəyə individual yanaşma tələb edilir. Bu mənada həmin xəstəxanada həkim, avadanlıq çatışmazlığı olub-olmadığını deyə bilmərəm. Onu bilirəm ki, mövsümi viruslara yoluxan xəstələrin dünyasını dəyişməsi bu və ya digər dərəcədə dünyanın hər yerində baş verir ".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət