Cəbhədə ermənilər, paytaxtda “5-ci kolon”... – UĞURSUZ TƏXRİBAT !
20:40 15.07.2020
Cəmiyyət
903
“İyulun 14- dən15-nə keçən gecə paytaxt Bakıda keçirilən “Ordumuza dəstək yürüşü” Azərbaycan cəmiyyətində vətənpərvəlik ruhunun, vətənə, dövlətə sevginin, Ali Baş Komandana və müzəffər ordumuza etimadın yüksək olduğunu bir daha sübut etdi. Aksiya iştirakçılarının ordumuza, əsgərimizə, zabitimizə sevgi ifadə etməsi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti olduqca qürurverici idi”.
“Sherg.az” xəbər verir ki, bu barədə öz Feysbuk hesabında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov yazıb.
O qeyd edib ki, orduya dəstək göstərmək hər bir insanımızın vətəndaşlıq borcudur. Və uca xalqımız da dünən məhz bu borcunu bəyan etməyə çıxmışdı və etdi də:
“İşğalçı Ermənistan və onun havadarları məhz bu yürüşdən sonra almalı olduqları mesajı aldılar. Artıq Azərbaycan xalqının bir qarış torpaq belə güzəştə getməyəcəyinin şahidi oldular. Ölkə başçısı cənab İlham Əliyev də dəfələrlə bu barədə açıq kontekstlə bəyanatlar verib.
Buradan yola çıxaraq bildirirəm ki, məlum yürüş ölkəmizdə Xalq –Prezident, Prezident –Xalq birliyini, sevgisini əyani şəkildə nümayiş etdirdi. Eyni zamanda anti-Azərbaycan qüvvələr Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə monolit hakimiyyətin qurulmasının şahidi oldular. O hökumətlər və hakimiyyətlər monolit olur ki, orada xalq-iqtidar və ya Xalq-Prezident birliyi ən ali səviyyədə olur və hakimiyyətin mənbəyini xalq təşkil edir. Azərbaycanda da hakimiyyətin mənbəyini xalqın təşkil etməsi heç kəsdə şübhə doğurmur. Dünən yürüşdə səsləndirilən şüarlarda bu öz əksini tapdı,
amma...
Amması odur ki, yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi. Prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların və aqressiyanın formalaşdırılmasına səylər göstərildi. Küçələrdə iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törədilməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir. Və əsası bu, qanları ilə torpağı yoğurub vətənə çevirən şəhidlərimizin ruhuna sayğısızlıq idi. Buna qəti yol vermək olmazdı. İndiki kövrək məqamda heç olmazdı. Ona görə olmazdı ki, əsgərlərimiz səngərdə ermənilərlə döyüşürdü. Təsəvvür edin, cəbhədə ermənilər əsgərlərimizi təxribata çəkir, şəhidlərimiz və yaralılarımız var. Paytaxtda da siz polislərimizi və xalqımızı provokasiyaya sövq etmək istəyirsiniz.
Axı sizin o təxribatçı ermənilərdən fərqiniz nə oldu? Baxın, 1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos yaxın tariximizdə yaşanıb. Biz bunları unutmamışıq, hələ də yaddaşımızdan silinməyib. Hamısı gözlərimizin qabağında yaşanıb və biz xalq olaraq bunun ağrısını elə indi də dərimizdə hiss edirik. Ayrı-ayrı siyasi qrupların, şəxslərin maraqlarına xidmət edən “5-ci kolon” bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən anarxiya dövrünə qaytarmağa cəhd göstərdi. “5-ci kolon” növbəti dəfə öz mənfur niyyətlərini həyata keçirtmək məqsədilə milli birliyimizə, xalq həmrəyliyinə kölgə salmağa çalışdı.
Lakin bacarmadılar. Bacara da bilməzdi. Axı Azərbaycan 1990-ci illərin Azərbaycanı deyil. Bu gün Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlətdir. Heç bir qüvvə Azərbaycan dövlətini sarsıda bilməz. Axı bizim uğurlu inkişaf yol keçmiş, mükəmməl şəkildə təkmilləşmiş və ölkəmizin təhlükəsizliyinin qorunmasında sütun rolunu oynayan hüquq-mühafizə orqanlarımız var. Polislərimiz təxribatın da qarşısını ustalıqla aldılar. Dünən həmin şəxslərin bir qismi saxlanıldı. Onlar qanun qarşısında cavab verəcəklər”.
F.Umudov sonda onu da diqqətə çatdırıb ki, bu gün Silahlı Qüvvələrimizin əsgəri olduğumuzu unutmalı deyilik:
“Buna görə də həmrəy olub, Ali Baş Komandanımızın ətrafında sıx birləşməliyik. Heç bir təxribata və dezinformasiyalara yol verməməliyik. Bizim monolit dövlətimiz, müzəffər ordumuz, güclü və uzaqgörən Ali Baş Komandanımız var! Allahdan Şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə isə şəfa diləyirəm. Tanrı cənab Ali Baş Komandanımızı, xalqımızı və əsgərlərimizi qorusun ! “
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi