Nevşəhirdə yaşayan 58 yaşlı Cəmaləddin Yavuz, orta məktəb illərində fərq etdiyi dil öyrənmə bacarığı sayəsində 9 dil öyrənə bilib.
“Şərq” xəbər verir ki, Nevşəhərin Göreme qəsəbəsində bir restoranda çalışan Yavuz, dünyanın müxtəlif bölgələrindən gələn turistlərə Kapadokyanı onların dillərində izah etməyə çalışır. Orta məktəb illərində öyrəndiyi ingiliscəni inkişaf etdirmək istəyən Yavuz, 14 yaşında əvvəlcə Avanos, sonra isə daha çox turistin gəldiyi Göremeyə köçüb.
Öz imkanları ilə əvvəl ingiliscəsini təkmilləşdirən Yavuz, daha sonra alman, italya, fransız, portuqal, ispan, koreya, yapon dillərini öyrənib.
Restoranda işləyən və boş vaxtlarında turistlərlə könüllü söhbətlər edən Yavuz deyib:
"Turistlərlə danışmaq mənim üçün maraqlıdır. Burada müxtəlif işlərdə çalışmışam. Hazırda isə 9 xarici dil bilirəm və əlimdən gəldiyi qədər turistlərə kömək edirəm."
Yavuz həmçinin bölgənin könüllü tanıtım səfiri vəzifəsini də yerinə yetirir.
Cəmaləddin Yavuzla söhbət edən Çinli turist River Jeremy bildirib:
"9 dil bilən birisi ilə qarşılaşmaq bizi çox sevindirdi."
Kolumbiyadan gələn Constanza Castro isə deyib:
"Sadəcə dünyanı gəzən insanlar bu qədər xarici dil bilə bilər. Siz isə bunu özünüz-özünüzə öyrənmisiniz."