Cəmiyyəti narahat edən xeyli problemlər var
Turan
12:36 13.02.2021
Cəmiyyət
665
Qanunların icrasına parlament də nəzarət etməlidir
“Ölkədə qanunvericilik bazası mükəmməl olsa da, qanunların icrası ilə bağlı xeyli çatışmazlıqlar var”.
Bu barədə “Şərq”ə açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. Deputat bildirib ki, cəmiyyətdə qanunların icrası qənaətbəxş deyil, bu da ciddi problemlərə gətirib çıxarır: “Qəbul edilən qanunların icrasına ciddi nəzarət mexanizmləri qurulmalıdır.
Nəzarət prosesi standartların müəyyən olunmasını, faktiki əldə olunmuş nəticələrin qiymətləndirilməsini və zəruri halda təyin edilmiş standartlara düzəlişlər edilməsini əks etdirir. Bütün sahələr üzrə yüksək səviyyəli qanunların qəbul edilməsinə baxmayaraq, qanunun icrası ilə bağlı ciddi problemlərin olduğunu görürük. Bu istiqamətdə qanunların icrasına məsuliyyət daşıyan qurumlarla müzakirələrin aparılmasına ciddi ehtiyac var. Çalışmalıyıq ki, qəbul etdiyimiz qanun layihələri yüksək səviyyədə həyata keçsin”.
Parlament üzvü təklif edib ki, Milli Məclisə qanunların icrasına nəzarət funksiyaları verilməlidir:
“Milli Məclisin Komitələri öz sahələrinə aid olan qanunların hansı səviyyədə icra olunmalarına, ümumiyyətlə, işləyib-işləmədiyinə ciddi nəzarət etməlidilər. Parlamentin deputatları düzgün icra olunmayan qanunlar haqqında daim məsələ qaldırmalıdırlar. Komitələr və deputatlar qanunlardakı ziddiyyətləri hər zaman müzakirə etməlidirlər. Müəyyənləşməlidir ki, hansı qanunlar daha çox pozulur və qanun pozuntuları hansı səbəbdən yaranır. Dünya təcrübəsində də parlamentin nəzarət funksiyasından istifadə olunur. ABŞ-da Konqresin konstitusiya səlahiyyətləri xeyli genişdir. Parlamentin nəzarət funksiyası deputatların və vətəndaşların qurumlarla olan münasibətini də tənzimləyəcək.
Milli Məclis sırf qərar verməyəcək, qanunların icrasına da nəzarət edəcək. Bununla qanunların işləkliyi daha da artacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz qoxusunu gül qoxusuna çevirən dərman yaradıldı
02:58 22.06.2026
Maraqlı
Əl sıxmadan danışıqlar: ABŞ–İran dialoqunda soyuq atmosfer
02:34 22.06.2026
Gündəm
Kuba inqilabının veteranı Ramiro Valdes Menendes vəfat edib
02:22 22.06.2026
Dünya
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
01:26 22.06.2026
Dünya
Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb
00:40 22.06.2026
Dünya
Günəşdə güclü partlayış oldu
23:33 21.06.2026
Maraqlı
Yamal Мessini geridə qoydu
22:33 21.06.2026
Futbol
İrandan Trampa cavab: Ordumuz hazır vəziyyətdədir!
21:57 21.06.2026
Region
DÇ-2026-nın iştirakçısı “Qarabağ”da
21:36 21.06.2026
Futbol
Sumqayıtda kişi meyiti aşkarlandı
20:32 21.06.2026
Hadisə
Tramp Starmerin istefa verəcəyini bəyan etdi
19:41 21.06.2026
Dünya
İran millisi FIFA-dan şikayətləndi
19:07 21.06.2026
Futbol
İsrail danışıqları pozmaq üçün fürsət gözləyir - Fidan
18:50 21.06.2026
Gündəm
Bunu İsraildən alıb, Suriyaya verəcəyəm – Trampdan şok
18:10 21.06.2026
Dünya
Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib
17:54 21.06.2026
Gündəm
Artıq bitdi, Polşaya cavab verəcəyik - Sibiqa
17:13 21.06.2026
Dünya