Çətin şəraitdə yaşayan uşaqların psixoloji durumu öyrənilməlidir
Məlahət Rzayeva
14:34 05.12.2020
Cəmiyyət
1278
Bu işə mütləq yerli orqanlarda çalışanlar cəlb edilməlidir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2021-2022-ci illərdə Uşaq Məcəlləsinin layihəsini hazırlamağı nəzərdə tutur. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın Fəaliyyət Planı üzrə birinci istiqamət uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq təcrübədən öyrənilməsi ilə bu sahədə çevik institusional mexanizmlərin formalaşdırılmasıdır. Buraya yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, uşaqlara qarşı zorakılığın qadağan olunması, dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətin keyfiyyətinə dair tələblərin hazırlanması, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası, inklüziv təhsilə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi və bu istiqamətdə təkliflər hazırlanması yer alıb.
Plana uyğun olaraq, çətin həyat şəraitində olan uşaqların aşkarlanması və bu sahədə tədbirlərin həyata keçirilməsi üzrə işlək mexanizm yaradılması da planlaşdırılır.
Məcəllə layihəsinin Fəaliyyət Planı bu istiqamətlər üzrə hazırlanacaq.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Şərq”ə açıqlamasında Fəaliyyət Planında qeyd olunan istiqamətlərin uşaqların hüquqlarının qorunmasında böyük əhəmiyyət daşıdığını bildirdi:
- Biz illərdir göstərilən bütün bu istiqamətlər üzrə konkret strategiyaların formalaşmasını arzulamışıq. İllər boyu dediyimiz bu idi ki, çətin şəraitdə yaşayan uşaqların aşkarlanması üçün xüsusi işçi qruplar yaradılmalıdır. Və aydınlaşmalıdır ki, bu uşaqlara qarşı zorakılıq varmı, onlar təhsildən yayınırmı, zərərli vərdişlərə malikdirlərmi və sair. Bu gün valideynini itirmiş uşaqların qəyyumu ikinci dərəcəli qohumlar hesab edilir. Lakin qəyyumluq haqqı tanınmadan öncə vəziyyət ciddi araşdırılmalıdır. Bəlkə burada mənfəət məsələsi var. Çünki dövlətin bu cür uşaqlara maddi yardım ayırdığı bəllidir. Gəncəyə raket zərbəsi nəticəsində valideynlərini itirmiş 3 yaşlı Xədicə balamızın timsalında, təəssüf ki, biz yaxın qohumlar arasında qəyyumluq məsələsində gərginliyin yaşandığının şahidi olduq, tərəflərin aqressiyasını gördük. Dövlət orqanının işə qarışması ilə vəziyyət düzəldi. Belə hadisələr başqa uşaqlarla bağlı da təkrarlana bilər. Ona görə də qəyyumluğa iddia edənlərin durumu bütün hallarda araşdırılmalıdır. Həmçinin çətin şəraitdə yaşayan uşaqların psixoloji durumları da öyrənilməlidir. Bizim sığınacaq bu baxımdan uşaqların gərgin şəraitdə qalmasının qarşısını alır. Onların vəziyyəti aşkarlananadək sığınacaqda qalırlar. Onlar haqqında məlumat toplanır, vəziyyətləri öyrənilir və lazımi nəticələr əldə edilir. Belə məsələlərdə mexanizmlər işlək olmalıdır.
K.Ağazadə qeyd etdi ki, işçi qrup, komissiya modelləri müvafiq icra hakimiyyəti strukturlarında var. Amma uşaqlar aşkarlandıqdan sonra nəticələrə uyğun qərar verə biləcək işçi qruplar da olmalıdır:
- Mənim fikrim budur ki, bu işçi qruplar icra hakimiyyətlərində deyil, tutalım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında olsun. Və bu işçi qruplarda ictimai təşkilatlar da təmsil olunsun. Çətin şəraitdə yaşayan uşaqların aşkarlanmasına mütləq yerli orqanlarda çalışanlar cəlb edilməlidir. Çünki belə insanlar yerli əhalini tanıyır, ailələrə bələd olurlar. Bu cür uşaqların aşkarlanmasında onlar əhəmiyyətli qüvvə ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət