Çimərliklərdə sıxlıq... ! - “Nəticə bir həftəyə bilinəcək” – Yoluxma artacaq?
Fidan Həmişəyeva
13:19 10.08.2020
Cəmiyyət
664
“Çimərliklər doludursa, biz də ora girib sıxlıq yaratmayaq və yoluxma imkanlarını artırmayaq”
“Hər kəs özünü və ailəsini qorusa, karantin tezliklə bitə bilər”
“Karantinin idarə olunmasının 80 faizi şəxsi məsuliyyətimizdən asılıdır”
Həftə sonları çimərliklərdə ciddi sıxlıq müşahidə olunur. Bu da yoluxma təhlükəsini artırır. Məlumdur ki, çimərliklər vətəndaşları qaydalara və kvotalara uyğun qəbul edirlər. Orada təmizlik təmin olunur, təhlükəsizlik tədbirlərini həyata keçirilir.
Amma sakinlərin əksəriyyəti “çimerlik.az” saytına müraciət etmədən çimərliklərə üz tuturlar. Bu sıxlıq və təhlükə yaradır. Bakıda kifayət qədər çimərlik var. Sıxlıq olduğu halda vətəndaşların daha az adam olan çimərliklərə getməsi təhlükəsizdir.
Həkim-psixoterapevt Əli Nağıyev“Sherg.az”a açıqlamasında bildirib ki, son 2-3 gündə xəstələrin sayı kəskin azalıb. Ona görə də, maksimum diqqətli olmaqda fayda var:
“İstəməzdim ki, çimərliklərin açılmasına görə, yoluxanların sayı artsın. Bu da birbaşa vətəndaşlarımızın məsuliyyətli olmasından asılıdır. Ailəmi götürüb dənizə gəlirəm və orada sıxlıq görürəmsə, ilk növbədə ailəmi qorumaq üçün həmin məkana girməməliyəm. Başqa bir yer axtarmalıyam və ya başqa istirahət növü tapmalıyam”.
Həkim qeyd edib ki, bir-birimizin üstünə məsuliyyət atmalı deyilik. Hər birimiz bilməliyik ki, çimərliklərdə yaxın məsafədə olmaq olmaz:
“Oradakı günəşə və dəniz havasına baxmayaraq, yoluxma faktoru ola bilər.
Bunun nəticələri 3-4 gün və ya son 1 həftə ərzində bilinəcək. Çimərliklərə əsasən şənbə və bazar günləri axın çox olur.
Dövlət sturukturları, könüllülər öz işlərini görürlər. Amma hər birimizin şəxsi məsuliyyəti önəmli rol oynayır. Bütün qabaqcıl ölkələrdə karantin qaydalarının yumuşalmasına səbəb vətəndaşların məsuliyyətli davranması olub. İstərdim bizdə də bu davranışlar nəzərə alınsın. Vətəndaşlara tövsiyəm odur ki, hər birimiz üzərimizə düşən məsuliyyəti başa düşməliyik.
Çimərliklər doludursa, biz də ora girib sıxlıq yaratmayaq və yoluxma imkanlarını artırmayaq. Hər kəs özünü və ailəsini qorusa, karantin tezliklə bitə bilər. İkinci dalğa haqqında təhlükənin olmasına baxmayaraq, karantinin idarə olunmasının 80 faizi şəxsi məsuliyyətimizdən asılıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm