Çirkli və zəhərli Xəzər: Dənizimiz kanalizasiya hövzəsinə çevrilib - EKOLOJİ FACİƏ
Şəymən Bayramova
08:00 28.02.2020
Cəmiyyət
3214
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Qaradağ rayonunun Xəzər sahili ərazilərində keçirilib. Dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Monitorinqlərin nəticəsinə görə Qaradağ rayonu ərazisində Xəzəri ən çox çirkləndirən axarların Sahil və Xocasən qəsəbələrində formalaşdığı məlum olub.
İdarənin əməkdaşı Nərmin Babaşovanın sözlərinə görə, bu ərazilərdəki müəssisə və yaşayış massivlərində formalaşan tullantı sular “Azərsu”nun təmizləyici qurğularının istismara yararsız vəziyyətdə olması səbəbindən, təmizlənmədən dənizə axıdılır. Eyni zamanda, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən “Metanol” zavodunun da tullantı sularının Puta kanalı vasitəsilə dənizə axıdıldığı müşahidə edilib. Monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, Qaradağ rayonu ərazisindən Xəzərə axıdılan tullantı sularda kimyəvi və bioloji çirkləndiricilərin, bağırsaq çöpü bakteriyalarının miqdarı normadan çoxdur”. Nazirliyin əməkdaşının sözlərinə görə aşkar olunan pozuntu hallarının aradan qaldırılması üçün müəssisə və təşkilatlara müvafiq tapşırıqlar verilib, xəbərdarlıq-bildiriş məktubları göndərilib.
“Ekoloq jurnalistlər” İctimai Birliyinin sədr müavini Elçin Bayramlı da Xəzər dənizinin həddən artıq çirkləndirildiyini deyib:
"Bu da əsasən Volqa çayı və Bakı-Abşerondan qaynaqlanır. Xəzər artıq beynəlxalq qapalı kanalizasiya hövzəsinə dönüb, dənizin flora və faunası yoxa çıxmaq üzrədir. Bu prosesin qarşısı alınmalıdır. Rusiyada bu istiqamətdə ciddi tədbirlər görülür. Bizdə isə vəziyyət getdikcə pisləşir. 5 milyonluq Abşeron yarımadasının bütün kanalizasiya suları, sənaye axıntıları demək olar ki, təmizlənmədən dənizə axıdılır. Artıq dənizdən tutulan balıqların da içalatı qapqara zir-zibil çıxır. Xəzər suyunda aparılan monitorinqlər də göstərir ki, dəniz suyunda çox sayda mikroblar, ağır metallar və sair kimyəvi zəhərli tullantılar var. "Azərsu"nun hay-küylü reklamına baxmayaraq onların quraşdırdığı qurğular, bunun qarşısını ala bilmir və lazım olan saydan xeyli azdır. Əksər qurğular ya artıq istismara yararsızdır, ya da filtrləri çox gec-gec dəyişdirilir, bəzi yerlərdə isə heç qurğu da yoxdur”.
Bir neçə il qabaq Ekoloq Jurnalistlər Birliyinin layihəsi əsasında monitorinq keçirdiklərini vurğulayan E.Bayramlı qeyd edib ki, monitorinq çərçivəsində Xəzərin Abşeron sahillərində reydlər ediblər, kanalizasiya xətlərinin dənizə birləşən yerlərindəki biabırçı vəziyyəti qeydə alıblar:
"Hətta, bu nöqtələrin birinin yaxınlığında böyük ehtimalla həmin zəhərli sulardan ölmüş suiti cəsədi də aşkar etdik. Bu Xəzərin Abşeron sahillərindəki suitilərinin bəlkə də sonuncusu idi. O vaxtdan bəri artıq dəniz sahilində suitiyə rast gəlmirlər. Tanış balıqçılar deyir ki, artıq dənizdə balıq tapmaq da çox çətindir. Bir tərəfdən də neft sənayesinin çirkləndirməsi var. Yəni, dənizimiz məhv olub gedir. Xəzərin okeana çıxışı olmadığından qapalı kanalizasiya hövzəsinə çevrilir. ETSN gec də olsa bu problemi qaldırıb və əsas səbəbkarları da göstərib. Məncə, “Azərsu”, ARDNŞ və iri sənaye müəssisələrinə bununla bağlı çox sərt tələblər qoyulmalı və Xəzərdə ekofaciənin qarşısı alınmalıdır. Dənizə tökülən xətlərlə bağlı jurnalistlərin iştirakı ilə şəffaf monitorinqlər aparılmalı, təmizləyici qurğular yenilənməli və olmayan yerlərdə quraşdırılmalıdır. Xüsusilə, Azərsu bu istiqamətdə dövlət büdcəsindən və sair mənbələrdən ayrılmış vəsaitlərin necə xərcləndiyi ilə bağlı açıq və ətraflı hesabat verməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur