Cocuqların günahı nə?! - “...Ən çox yanan anadır !”
Fidan Həmişəyeva
13:57 28.07.2020
Cəmiyyət
999
“Onun başına bir iş gəlməsini ən az istəyən də anadır, günahlandırmıram”
“Heç görmədim ki, yaxınları hansısa hamilə qadına öncədən analıq dərsi verələr”
“Qısası bizim hamımızı üçün adi, təhlükəsiz görünən hər şey uşaq üçün ölüm alətinə çevrilə bilər”
Bakıda 4 yaşlı uşaq süd qazanına düşərək yanıb və nəticəsidə dünyasını dəyişib. İyulun 27-də, saat 13 radələrində paytaxtın Binə qəsəbəsində 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov qaynayan süd qazanına düşüb. O, xəsarət alaraq, 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, E.Gülmmədov gecə saatlarında əbədiyyətə qovuşub.
Adətən belə hadisələr zamanı hər kəs ananı günahkar görür. Təbii ki, bəzən valideyn məsuliyyətsizliyi də olmamış deyil. Amma bəziləri düşünür ki, ana hər an, hər saniyə uşağa göz gəzdirə bilməz. Ümumiyyətlə, bu hadisəyə dair müxtəlif fikirlər səsləndirilir.
Baş verənlərlə bağlı fikirlərini “Sherg.az”la bölüşən tanınmış jurnalist İlhamə Rəsulova bildirib ki, uşaqların hansısa qəzalar, bədbəxt hadisələr səbəbi ilə ölümü, xəsarət alması çox acınacaqlı haldır:
“Özünü unudub yeni bir həyat üçün məsul olursan. Bəlkə də, Allah ananın qəlbinə övlad sevgisini salmasaydı, bu qədər ağır və məsuliyyətli yükün altından çıxa bilməzdi insan. Halbuki sevgimiz, mərhəmətimiz bizi yeni dünyaya gələn varlığın könüllü “əsirinə çevirir”. Xüsusilə bu, türk qadınların genetikasında var. Çox az istisnalar olmaqla analar övladları üçün canlarını verməyə hazır olurlar.Bu instinkt olaraq bizdə daha güclüdür”.
İ.Rəsulova vurğulayıb ki, insanlar canı yanarkən səbəbkar axtarmaqla, kimisə günahlandırmaqla, bəlkə də, öz acılarını bir qədər xəfiflətmək istəyirlər:
“Amma balasının ölümünə hamıdan çox yanan da anadır, onun başına bir iş gəlməsini ən az istəyən də anadır. Günahlandırmıram. Bu vəziyyətdə ananı qınamaq, qohumlarının onun üstünə düşməsi o qadında ömürlük psixoloji travmalar yaradar, ailəsinin parçalanmasına səbəb olar. Ailədəki digər övladların da ömürlük bədbəxtliyinə gətirər. Bu baxımdan çox ehtiyatlı olmaq lazımdır”.
Jurnalistin qənaətincə, belə faciələrin yaşanmasında sadəcə bir qədər məsuliyyətsizlik, arxayınlıq və təcrübəszilik rol oynayır:
“Bizim ailələrdə uşaq hələ dünyaya gəlməzdən öncə ona paltar, beşik, oyuncaqlar alırlar, otağını hazırlayırlar. Amma mən heç görmədim ki, yaxınları hansısa hamilə qadına öncədən analıq dərsi verələr. Uşağın ən sakit və insana huzur verən dövrü ana bətnindədir. Doğuldumu, problemləri də başlayır. Xüsusən iməkləyib və ya sərbəst addımlar atmağa başlamasıyla ona nəzarət 100 qat gücləndirilməlidir.
El arasında “Uşağın ilan boğan vaxtı” deyilən bir yaş dövrü var. Bu 1-4 yaş arası dövrdür. Gördüyü hər şeyə əl uzadır, maraqlanır, tanımağa, bilməyə cəhd edir. Nəzarət daimi olmasa, uşaq adicə hava şarından, yediyi şirniquşun, içdiyi meyvə şirəsi qabının qapağının, əlinə düşmüş qəpiklərin boğazına tıxanmasından boğula bilər”.
İ.Rəsulova həmçinin bildirib ki, uşaq dünyaya gələn evdə valideynlər elektrik yuvalarının üstünü örtməyə cəhd etməli, dərman və kimyəvi məhsulları, xırda məişət əşyalarını, kəsici alətləri onların əllərinin çata bilməyəcəyi yerdə gizlətməlidirlər:
“Qısası bizim hamımızı üçün adi, təhlükəsiz görünən hər şey uşaq üçün ölüm alətinə çevrilə bilər. Düşünürəm ki , əslində körpə uşağı olan analar ən az 3 yaşına qədər onların tərbiyəsi, sağlam böyüdülməsi ilə məşğul olmalıdırlar.
Onların ilk işi budur.Yaşamadan bu təcrübəni qazanmaq imkansızdır. Ata evində nazlı qız statusunda olan xanım ana olan kimi dərhal bu ehtiyat tədbirlərinə yiyələnə bilmir. Hər şey zamanla olur. Amma ətrafında olanlar anlatmalı, deməlidirlər.
“Ev işi tökülüb qalıb” deməklə bir anlıq gözdən yayınma ömürlük göz yaşına səbəb ola bilər. Ananın ilk işi uşaqdır, qalan məsələlər ondan sonra başlayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm