“COVID-19”a qarşı tədbirlər: “Mübarizədə hər kəs aktiv iştirak etməlidir”
Şəymən Bayramova
12:14 22.03.2020
Cəmiyyət
1027
Azər Badamov:“Dövlətin gördüyü işlər koronavirusun ölkəmizdə yayılmamasına, ölkə iqtisadiyyatının və insanların sosial vəziyyətinin qorunmasına hesablanıb”
“Məhz ölkə başçısının rəhbərliyi altında vaxtında atılan addımların nəticəsidir ki, koronavirusun Azərbaycanda yayılmasını minimumda saxlaya bilib”
“Koronavirusa qaşı mübarizə kütləvi xarakter almalıdır. Hər bir şəxs virusa qarşı mübarizədə aktiv iştirak etməlidir”.
Bu sözləri “Sherg.az”a millət vəkili Azər Badamov deyib.
Deputat hesab edir ki, vətəndaşlar dövlətin müəyyən etdiyi sosial izolyasiya tədbirlərinə riayət etməklə və özünü qorumaqla töhfələini vermiş olurlar:
“Amma dövlətin gördüyü tədbirlər birmənalı olaraq “COVID-19”un ölkədə yayılmamasına, ölkə iqtisadiyyatının və insanların sosial vəziyyətinin qorunmasına hesablanıb. Cənab Prezidentin imzaladığı sərəncamları ilə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaradılması və bu qərargah tərəfindən gündəlik tədbirlərin həyata keçirilməsi koronavirusa qarşı aparılan mübarizənin effektivliyini artırır. Ölkə başçısının sərəncamları ilə koronavirusla mübarizəyə əvvəl 10 milyon manat vəsaitin ayrılması, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayaraq bu sahədə çalışan tibb işçilərin taarif maaşlarının 3-5 mislinədək artırılması təqdirəlayiq bir haldır”.
Bundan əlavə parlamentari qeyd edib ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Kornavirusla Mübarizəyə Dəstək Fondunun yaradıldı:
“Bu fonda 20 milyon manat vəsait köçürüldü. Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalandı. 1 milyard manat vəsaitin ayrıldı. Bütün görülən işlər göstərir ki, vətəndaşların sağlamlığı, sosial vəziyyəti , özəl sektorun fəaliyyəti və iş yerlərinin bu ağır situasiyada qorunub saxlanılması cənab İlham Əliyevi düşündürür.
Prezident 1 illik əmək haqqını Kornovirusla Mübarizəyə Dəstək Fonduna ianə etməsini bir ölkə başçısı, bir vətəndaş nümunəsi kimi qeyd etmək olar. Fondun yaradılmasının məqsədi koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaqdır. Fonda fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər. Ölkə başçısının çağırışına fiziki və hüquqi şəxslər də qatılırlar. Bu fonda yığılan vəsait koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək”.
Ölkəmizdə “COVID-19”a qarşı aparılan tədbirlərin kompleks olduğunu vurğulayan millət vəkili bu işlərin geniş sferanı əhatə etdiyini bildirib:
“Məhz ölkə başçısının rəhbərliyi altında vaxtında atılan addımların nəticəsidir ki, koronavirusun Azərbaycanda yayılmasını minimumda saxlaya bilib. Bu gün koronavirusun böyük iqtisadiyyatları olan inkişaf etmiş ölkələrə təsirlərini və həmin ölkələrdə yayılma sürətini görürük. Belə olan halda Azərbaycan bu sınaqdan öz vətəndaşlarının sağlamlıqlarını qorumaqla layiqincə çıxacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya