Çürüyən cəsədlərini götürməkdən imtina edirlər
04:40 28.10.2020
Cəmiyyət
604
"Ermənistan rəhbərliyi xalqın qəzəbindən qorxur"
Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin cəsədlərini Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana təhvil verməyə hazırdır. Bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində bildirib. Prezidentin köməkçisi qeyd edib ki, oktyabrın 18-də Azərbaycanın cəsədləri birtərəfli qaydada qaytarmağa hazır olduğunu bəyan etməsinə baxmayaraq, Ermənistan hələ də cavab vermir.
Mövzu ilə bağlı "Şərq"ə fikirlərini dəyərləndirən politoloq Xəyal Bəşirov bildirib ki, cəbhə bölgəsindəki vəziyyət aktiv fazaya keçəndən sonra işğalçı Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri daha da intensiv hal alıb. Politoloq bildirib ki, onların atdıqları hər bir addımın arxasında təxribat və müxtəlif məkrli niyyətlər dayanır:
"Onlar gah muzdluların, gah terrorist görünüşlü hərbçilərin və onlarla birlikdə Azərbaycan ordusuna aid olan müxtəlif hərbi geyimli şəxslərin görüntülərini yaymaqla ölkəmiz, o cümlədən ordumuz barədə dünya ictimaiyyətində mənfi fikir formalaşdırmaq niyyətindədirlər. Yəni bununla onların əsas məqsədləri özlərinə xas olan vəhşilikləri, habelə beynəlxalq hüquqa və müharibə qanunlarına zidd hərəkətləri Azərbayan ordusunun adına yazmaqdır. Bundan başqa məkrli düşmən bir tərəfdən dünya dövlətlərinə səslənərək humanitar atəşkəsin elan olunmasına nail olurlar, digər tərəfdən də mülki obyektlərimizi hədəfə alaraq atəşkəsi kobudcasına pozurlar. Bununla da döyüş meydanında çürüməkdə olan meyitlərini götürməkdən imtina edirlər.
Çünki onlar gələcəkdə canlı qüvvə itkisinin sayının gizlədilməsinə çalışırlar. Ermənilər öz əhalisini bir daha aldadaraq cəsədləri çürüməkdə olan hərbçilərin ölmədiklərini bildirirlər, nəticədə guya, Azərbaycan tərəfə əsir düşmələri ilə bağlı yalan məlumatlar verirlər. Cəsədləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır. Beləliklə, bir daha aydın olur ki, Ermənistan cəsədləri götürmək istəmir, çünki mövcud siyasi-hərbi rəhbərlik xalqın reaksiyasından, qəzəbindən qorxur".
X.Bəşirov vurğulayıb ki, bu gün Prezident İlham Əliyev sayəsində müharibə meydanında müzəffər ordumuz düşmənin çoxillik müdafiə blokadasını uğurla yarıb:
"Bu gün Prezidentimiz münaqişənin ədalətli həlli üçün ciddi maneələr törədən diplomatik cəbhədə də böyük şücaət göstərməkdədir. Hər gün dünyanın aparıcı və nəhəng media qurumlarına geniş və əhatəli müsahibələr verməklə, uzun illər ərzində Qarabağ konflikti ilə bağlı reallıqları dünya ictimaiyyətinə şəffaf şəkildə çatdırır. Nəticədə qərəzli informasiya blokadasını da darmadağın edir. Sonda onu da qeyd edim ki, Qarabağın hər bir nöqtəsi Azərbaycandır!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm