Dağılan ailələr... – Səbəblər göstərildi
Fidan Həmişəyeva
09:32 18.11.2020
Cəmiyyət
675
Bu il Azərbaycanda 11 mindən çox ailə dağılıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, 2020-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 26 312 nikah qeydə alınıb. Qeydə alınmış boşanma hallarının sayı isə 11 089 olub. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.
Şübhəsiz ki, bu hal cəmiyyətdə ciddi narahatlıq doğurur. Ona görə ki, səbəblər müxtəlif olsa da, bəzən ən adi problemlər baş verən zaman cütlüklər yollarını ayırırlar. Müəyyən iddialara görə, boşanma hallarının çoxalmasına səbəb olan amillərdən biri pandemiya ilə bağlıdır. Psixoloqlar çıxış olaraq tərəflərin ailə qurmazdan öncə müəyyən psixoloji testlərdən keçməli olduqlarını tövsiyə edirlər. Təbii ki, boşanmaların qarşısını tamamilə almaq qeyri-mümkündür. Bəs, hansı tədbirlər görülməlidir ki, ayrılan cütlüklərin sayı nisbətən də olsa azalsın.
“Qadın və İnkişaf” Mərkəzinin rəhbəri Pərvin Məmmədovanın “Sherg.az”a açıqlamasına görə, ailə quran şəxslər çox vaxt yaxşı düşünmürlər. Birlik sədrinin qənaətincə, boşanmaya səbəb olan amillərdən biri xarakterlərin uyğun gəlməməsidir:
“İndiki məqamda pandemiya da boşanmaya səbəb olan faktlardan biridir. Yəqin ki, gənclərin təcrübəsizliyi də müəyyən qədər rola malikdir. Çünki gənclər adətən tək yaşayır və böyüklərdən uzaq olurlar.
Ailə institutu ilə bağlı ölkəmizdə müəyyən işlər aparılır, layihələr keçirilir. Lakin maariflənmə hər zaman lazımdır. İndi həyat bir az ağırdır.
Əslində gəncləri də çox qınamaq düzgün olmazdı. Çünki ailə quran şəxslərin ikisi də işləməli olur, bilmirlər ki, övladlarını hara qoysunlar. Bir sözlə, qaçhaqaçdadırlar. İndi həyat belədir. Amma maariflənmə geniş aparılsa, müsbət təsirlər ola bilər. Yaxşı olardı ki, maariflənmədə yaşlı nəsil də iştirak etsin”.
P.Məmmədova qeyd edib ki, ailədə mübahisələrə səbəb olan faktlardan biri də informasiya bolluğudur:
“Bu dəqiqə həyat mürəkkəbdir, informasiya olduqca çoxdur. Gənclər bilmir ki, vacib olan informasiyanı oxumaq lazımdır. Onlar nə gəldi oxuyurlar. Bunlar da vəziyyəti mürəkkəbləşdirir, münasibətlərə zərbə vurur.
Çünki informasiya əsrində yaşayırıq. Təbii ki, informasiya kommunikasiya texnologiyalarında istifadə etmək lazımdır. Lakin bütün bunlar müsbət hallarla yanaşı, xoşagəlməz məqamlara da yol açır.
İnsanlar ailə qurmazdan öncə yaxşı düşünməli, bir-birini tam şəkildə tanımalıdırlar. İndiki zəmanədə vəziyyət olduqca kritikdir. Əksər çətinliklərin öhdəsindən gəlmək mümkündür.
Əsas odur ki, tərəflər arasında qarşılıqlı hörmət olsun. Bu, çox vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət